Qəhrəman zabit Tahir Məmmədovun doğum günüdür

Bu gün silahdaşlarımızdan birinin, qəhrəman zabit Tahir Məmmədovun doğum günüdür.

Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi igidlik, Vətənə sonsuz sədaqəti və sarsılmaz iradəsi ilə seçilən Tahir Məmmədov hər zaman döyüş yoldaşları üçün örnək olmuşdur. O, çətin anlarda belə geri çəkilməyən, əsgərlərinə ruh verən, Vətənin müdafiəsini hər şeydən üstün tutan zabitlərimizdəndir. Onun keçdiyi döyüş yolu şərəf, cəsarət və qəhrəmanlıq nümunəsidir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi Tahir Məmmədovu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayır.

Bu xəbəri paylaşın: