AVMVİB Şəki şəhər şöbəsi “Yaralı ruhlar” filminin təqdimatında iştirak etdi

Şəki şəhərində rayon rəhbərliyinin, şəhid ailələrinin və qazilərimizin iştirakı ilə Vətən müharibəsi qazisi Taleh Urfansoyun qazilərimiz haqqında çəkdiyi “Yaralı ruhlar” filminin geniş formatda və yüksək səviyyədə təqdimatı keçirildi.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyinin diqqəti və dəstəyi xüsusi vurğulandı, eyni zamanda AVMVİB-in Şəki şəhər şöbəsinin sədri Vüqar Əmirəhmədovun qazilərlə apardığı fəal iş və təşəbbüsləri də diqqətə çatdırıldı.

Qeyd edək ki, gənc qazilərimizin fəaliyyət göstərməsi və daha səmərəli çalışmaları üçün onların istifadəsinə xüsusi şərait yaradılmış, ayrıca otaq ayrılmışdır. Bu şəraitin yaradılması ilə bağlı görülən işlər ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilmişdir.

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: