Ölkə əhalisi qəlbən ordumuzun yanındadır

Ağdam kənd sakini təmas xəttinə daxil olaraq düşmənin ağır artilleriya zərbələri qarşısında dayanan ordumuzun hərbçisinə bayraq təqdim edib.


Hərbçimiz isə yerli sakindən bayrağı qəbul edərək, onu öpərək yenidən posta qayıdıb. Bu olay zamanı nə yerli sakin, nə də hərbçimiz xəsarət almayıb.

Düşmənin sıx atəşə tutduğu bir bölgədə hərbçi ilə sakin arasında baş verən bu olayın ictimailşməsi hər iki tərəfə tərif yağdırıb.

Bu xəbəri paylaşın: