ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsi 296 saylı düzəliş qəbul edilib.
Fedai.az xəbər verir ki, bu düzəlişdə işğal olunmuş ərazilərdən köçkün düşmüş və həlak olmuş əhali barədə məlumatların ABŞ Dövlət və Müdafiə departamentləri tərəfindən birgə hesabatın Konqresə təqdim edilməsi nəzərdə tutulur.
Belə ki, Ukraynanın, Gürcüstanın, Moldovanın və Azərbaycanın xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verilməlidir.
Xatırladaq ki, bu günədək ABŞ Konqresi işğal faktını görməzdən gəlirdi və yalnız Ukrayna, Moldova, Gürcüstanın torpaqlarının işğalından söz açırdı.