“Onların heç biri Damlanın “Vur, komandir, vur!” mahnısı qədər populyar olmayıb” — VİDEO

Müğənni Damlanın yeni təqdim etdiyi “Vur, komandir, vur!” mahnısı izləyicilər tərəfindən maraqla qarşılanıb. 


2014-cü il noyabrın 12-də Azərbaycan sərhədini pozan erməni helikopterini vuran və “Vur, komandir, vur!” şüarı ilə məşhurlaşan MAXE İlkin Muradov Moderator.az-a açıqlamasında buna görə müğənniyə minnətdarlıq etdiyini bildirib:


“Damla xanımın yeni mahnısını dostlar mənə göndərmişdi. Dinləyəndən sonra çox xoşuma gəldi. Hətta mahnının sonuna əsgərimin mənə dediyi “Vur, komandir, vur!” səhnəsi də əlavə edilib. Mən zəng vurub Damla xanımın prodüsserinə öz minnətdarlığımı bildirdim. “Vur, komandir, vur!” şüarına bu günə kimi bir neçə mahnı yazılıb, onlardan birini də müğənni Xatirə İslam oxuyub, amma Damla xanımın mahnısı qədər populyar olmayıb. Müğənnilərimiz tərəfindən bu cür vətənpərvərlik mahnılarının yazılması çox yaxşıdır”. 

Vasif Əlihüseyn

Bu xəbəri paylaşın: