«Əkinçi»nin «əkdiyi» «ağacın» 145 yaşı tamam olur…

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o,Bakıda ana dilində «Əkinçi» qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. Özü də H. Zərdabi öz evini sataraq, bu işə girişmişdi. «Əkinçi» qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu.18751877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. «Əkinçi» qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.

Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı.Azərbaycan mətbuatının ilk müjdəçisi «Əkinçi»dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu. XIX əsrin sonlarında «Ziya», (1879), «Kəşkül» (1880),«Kaspi» (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı. XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. «Şərqi-rus» (1903), «Həyat» (1905), «Açıq söz» (1915), «Azərbaycan » (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı.

Cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.

1999-cu ildə «Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.

Onu da qeyd eədk ki, Prezident İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib.

2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Hazırda mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binası tikilir…

Əziz həmkarlar, bayramınız mübarək!

Elnur Səlim

Bu xəbəri paylaşın: