Ağdaşlı veteranlar da döyüşə hazırdırlar

AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayevin verdiyi məlumata görə, rayon veteranları Ali Baş Komandanın çağırışına uyğun olaraq, Qarabağ uğrunda müharibəyə hazır olduqlarını bildiriblər.

Tovuz bölgəsində şəhid olan hərbçılərimizə Ağdaş rayonu müharibə veteranları adından rəhmət diləyən AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev, bildirdi ki, xalqımız prezidentin əmrini gözləyir, xüsusən də müharibə veteranları bu məqsədlə Səfərbərlik və Hərbi Çağırış Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə müraciət ediblər.

İ. Beydullayev, prezidentin iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı söylədiyi fikirlərin veteranlar tərəfindən ruh yüksəkliyi ilə qarşılandığını bildirdi. Prezident cənab İlham Əliyev haqlı olaraq deyib: «Qoy Ermənistanın qorxaq rəhbərliyi yadına salsın ki, qaçıb yardım almaq istədiyi KTMT-nı necə təhqir etmişdi, heç bir başqa ölkə ilə razılaşma aparmadan onun baş katibini həbs eləmişdi. Belarus nümayəndəsinin KTMT-ya yeni baş katib təyin olunmasının əleyhinə çıxmışdı. Bir il ona imkan vermədi ki, işə başlasın. Bəs nə oldu, o vaxt KTMT pis idi, sən onu təhqir edirdin, indi qaçıb onun ətəyindən yapışırsan. Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq».

Həqiqətən də belədir və düşmən təklikdə daim bizim orduya məğlub olub. Bu gün də güclü ordumuz düşmənin başını qısa müddətdə əzəcəyinə inanırıq.

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: