Mingəçevirdə müharibə əlilinə ögey münasibət var

Mingəçevir şəhər rəhbərliyindən narazılıqların artması barədə yazmışdıq. İstər sosial şəbəkələrdə, istərsə də internet resurslarında tez-tez tənqidi və narazı vətəndaşların müraciətlərini oxuyuruq. Mingəçevirdə kirvələr hakimiyyəti haqqında bizə də müharibə veteranlarından müraciətlər var.

Biz dəfələrlə yazmışıq ki, ağlı olan heç bir məmur müharibə veteranı və əlilləriylə qarşıdurmaya getmir, onların mövcud problemlərinin həllinə çalışır. Veteranlara qarşı neqativ münasibətləri olan başçıların bu gün həbsdə olması da bəzilərinə hələ də görk olmadığı ortadadır.

Bizim işimiz şikayəti araşdırıb yazmaqdır. Biz də araşdırdıq və yazırıq. Müharibə əlili, 67 minlik Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov özünə məxsus obyektin genişləndirlməsi üçşün torpaq sahəsi istəməsini həll etmək əvəzinə, Mingəçevir şəhər İH Başçısı və Mingəçevir şəhər «kirvə»si, pardonşəhər Bələdiyyəsinin sədri torpaq nədir, suyu satan Ramiz Əliyev, «Əlillərin sosial reablitasiyası haqqında» Respublika Qanununun tələblərinə uyğun müraciəti həll etmək əvəzinə, cavab məktubunda Afrikanın «Bambara nağılları»na bənzər cavablar yazır. Sadə və həll olunması asan bir müraciəti icra etmək əvəzinə, həm özünü, həm də yuxarı orqanları aldatmağa çalışır. Doğrusu bu sicilləmə cavab məktubunu yalnız bir maklerin hesabatı saymaq olar. «Torpaq haqqı borcu», «verilən torpağı özgəsinə icarəyə verilməsi» və s. Qarşı tərəf bunları böhtan sayaraq məhkəməyə müraciət edib.

Ümid edirik ki, bir daha bu mövzuya qayıtmayacağıq.

Bir daha Ali Baş Komandanımız cənab İlham Əliyevin məlum çıxışından bu sözləıri xatırlatmaq istəyirəm: «Bir daha vətəndaşlara müraciət edirəm, əgər görsəniz ki, rəhbər işçilər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar verəcəyik».

Hər kəs bu çağırışa cavab verərək bölgədə olan neqativlər barədə müraciətlər etməlidirlər.

E. Səlim

Bu xəbəri paylaşın: