Xocalı qatili silahdaşlarıyla AZƏRBAYCANI GƏZDİ


Xəbər verildiyi kimi, iyulun 21-dən “n”-inci dəfə Azərbaycan Respublikasının dövlət sərhəddini pozaraq işğal altındakı torpaqlarımıza gələn Ermənistanın 3-cü terrorçu prezidenti Serjik Sərkisyan anası ilə görüşdükdən sonra Qarabağın görməli yerlərini gəzməyə başlayıb.


Erməni saytlarının yaydığı məlumata görə, dünən – iyulun 24-də S. Sərkisyan Xocavənd rayonunun işğal altındakı Sos kəndində yerləşən Azərbaycan türklərinin qədim xristianlıq dövrünə aid Amaras məbədini ziyarət edib. Ziyarət zamanı terrorçu eks-prezidenti Qarabağın keşişi Parqev Martirosyanla birgə silahdaşlar: separatçı rejimin keçmiş rəhbəri Bako Saakyan, sabiq “müdafiə naziri” Levon Mnatsakanyan və digərləri müşayiət ediblər.


Serjik “Facebook” səhifəsində xatırladıb ki, 1990-cı illərdəki müharibə dövründə ermənilər döyüşə yollanarkən Amaras məbədinə gəlib xeyir-dua alırmışlar. O, özünün o illərdə bu məbədi ziyarət etməsinin görüntüləndiyi videonu da paylaşıb.

Leyla Həsənova

Bu xəbəri paylaşın: