GÜRCÜSTAN RUSİYADAN ERMƏNİSTANA GƏLƏN PARTLAYICI YÜKLÜ MAŞINLARI SAXLAYIB

GÜRCÜSTAN İKİ HƏFTƏYƏ YAXINDIR Kİ, RUSİYADAN ERMƏNİSTANA GƏLƏN PARTLAYICI YÜKLƏRLƏ DOLU MAŞINLARI SAXLAYIB


«ARAVOD» (SƏHƏR) erməni qəzeti bu günkü nönrəsində yazır: «Artıq iki həftədir ki, Gürcüstan tərəfi Rusiyadan Ermənistana gələn yüklərin sərhədi keçməsinə icazə vermir. Məlumata görə yüklər PARTLAYICI maddələrdən ibarətdir. Erməni tərəfin idiasına görə isə, onlar sənaye məqsədləri üçün istifadə olunan partlayıcı maddələrdir, məsələn, dağ-mədən, yol tikintisi və s.


Rusiyada hazırlanmış partlayıcı maddə ilə yüklənmiş avtomobilər Larsda Rusiya tərəfinin bütün prosedurlarını keçdi, lakin Gürcüstan tərəfi onların Gürcüstanın gömrük sərhədini keçməsini qadağan etdi.


Məlum olub ki, təkcə bu il artıq 40-a yaxın maşın göndərilib və bu təhlükəli yüklər bundan sonra da müəyyən olunmuş qaydada hər ay göndərilməliymiş.


Saxlanılan yüklərin aqibətinin necə olacağı isə hələlik məlum deyil. Əsas məlum olan isə odur ki, bu növbəti erməni firildağıdır, çünki bu qədər PARTLAYICI MADDƏ ancaq silah — sursat hazırlanması üçün nəzərdə tutulmuş ola bilər.»

İSMAYIL TANRIVERDİ

BDU-nun erməni araşdırmaları Mərkəzinin Böyük elmi işçisi

Bu xəbəri paylaşın: