Öncə dövləti borclandırır, sonra da bu borcu satın alırlar…

Argentina 1930-cu illərdə dünyanın varlı ölkələri sırasında idi. Әt və buğda istehsalına görə dünyada ilk beşlikdə yer alırdı.

Lakin ölkənin siyasi həyatı son 60 ildə 6 dəfə hərbi çevrilişə məruz qaldı. Axırıncı 25 ildə isə populist siyasət yürüdən Argentina 2014-cü ilin avqust ayının əvvəllərində özünü iflas etmiş (defolt) elan elədi. Bu iflasın arxasında çətinliklərlə üzləşən ölkələrin borclarını satın alan və sonradan aldığı faizlər hesabına Argentinanı çökürdən MML Capital fondunun adı çəkilir.

Paul Eliott Singerin 20 milyard dollar kapitala malik bu fondu ABS-ın 15 ən böyük bu tipdə olan qurumları arasında yer alır. 1977-ci ildə aldığı 1 milyard borcla təsis etdiyi bu fond, 1996-cı ildə Perunun dövlət borclarını satın aldı və 11 milyard dollar xərcləyib, 56 milyard dollar qazanc götürdü. 2007-ci ildə Zambiyanın 3 milyard dollar borcunu satın alaraq, 15 milyard dollar əldə etdi.

Ölkəni bu durumdan xilas etməyin ənənəvi yolu — marksist ideologiya özünü çox gözlətmədi. Rusiyanın dövlət başçısı Putinlə görüş və Krımın işğalını tanımaq siyasəti də əbəs yerə deyildi.

Onu da qeyd edim ki, Argentinada iri erməni icması yaşayır (150 min) və bu ölkənın siyasətinə təsir gücləri var.

Eldar Tağıyev
Ukrayna

Bu xəbəri paylaşın: