Qüvvədə olan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi İdarə Heyətinin Qərarında deyilir:
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin mətbu orqanı olan «Fədai» qəzetinin çap və yaxud yayın xərclərinə köməklik göstərilməsi məqsədiylə
QƏRARA ALIR:
- AVMVİB — nin rayon, şəhər şöbələri AVMVİB-in mətbu orqanı «Fədai» qəzetinə hər ay 10 (on) manat maliyyə yardımı etsinlər.
- Qərarın icrasına, «Fədai» qəzetinə ediləcək maliyyə yardımına nəzarət İdarə Heyətinin üzvü Xaqani Rzaquliyevə həvalə edilsin.
AVMVİB sədri: F. Rzaquliyev
Artıq 3-cü ildir ki, bu Qərar qüvvədədir. Hələ də Qərarın icrasına nail ola bilməmişik. Bu il, yəni 2020-ci il üçün durumu diqqətinizə çatdırır və bildiririk ki, AVMVİB-nin 75 şöbəsi mövcuddur:
- AVMVİB Nəsimi şöbəsi — 100,0%
- AVMVİB Saatlı şöbəsi — 75,0%
- AVMVİB Ağdaş şöbəsi — 66,6%
- AVMVİB Sumqayıt şöbəsi — 58,3%
- AVMVİB Tovuz şöbəsi — 50,0%
- AVMVİB Qazax şöbəsi — 50,0%
- AVMVİB Şəmkir şöbəsi — 50,0%
- AVMVİB Mingəçevir şöbəsi — 41,6%
- AVMVİB İmişli şöbəsi — 41,6%
- AVMVİB Şirvan şöbəsi — 41,6%
- AVMVİB Zərdab şöbəsi — 41,6%
- AVMVİB Ağstafa şöbəsi — 41,6%
- AVMVİB Çilov şöbəsi — 37,5%
- AVMVİB Yasamal şöbəsi — 33,3%
- AVMVİB Nərimanov şöbəsi — 25,0%
- AVMVİB Şamaxı şöbəsi -12,5%
- AVMVİB Qubadlı şöbəsi -8,3%
- AVMVİB Binəqədi şöbəsi — 8,3%
Xatırladaq ki, Fedai.az bu günədək onlarla problem qaldırıb və bu problemlərin həllinə nail olub. Hər bir veteranın problemi bizim problemimizdir. Bu bizim az saylı kollektivimizin devizidir. Bizim bizdən başqa kimimiz var ki?..
AVMVİB Mətbuat Xidməti
