“Başqırdıstanın büdcə pulları Ermənistanın silahlanmasına xərclənir” — Ramilə Saitova

REDAKSİYADAN: Bu yazını diqqətlə oxuyun. Bir iyrənc erməni axçiki Başqırdıstanı barmağına necə doladığını görün. Bizdə bundan 100 mini var…

“Erməni diasporu korrupsiyaya, yeyintiyə və Başqırdıstanın təbii sərvətlərinin talanmasına meyllidir”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində erməni diasporunun Başqırdıstanda törətdiyi qanunsuzluqlardan danışan tanınmış ictimai xadim, hüquq müdafiəçisi Ramilə Saitova deyib.

Ramilə Saitovanın sözlərinə görə, ermənilərə bu işdə ən böyük dəstəyi Başqırdıstanın rəhbəri Radi Xabirov göstərir:

“Başqırdıstana sahiblənmək niyyətində olan ermənilər mənim hazırlayıb paylaşdığım o bir dəqiqəlik videoçarxa çox aqressiv, düşməncəsinə reaksiya verdilər. Ermənilərin həmin videoya yazdıqların şərhlər başdan-ayağa təhqir, hətta mənim həyatıma təhdid, o cümlədən, başqırd xalqının ünvanına həqarət məzmununda idi. O videoya “İnstaqram”da 350 min baxış vardı, material ermənilərin şikayətləri əsasında silindiyi ana qədər 16 min şərh yazılmışdı. Təsəvvür edin ki, minlərlə şərhin arasında yalnız iki erməni normal mövqe bildirmişdi. Qalanları isə təhqir, təhdid, həqarət…

Ermənilərin Başqırdıstana gəlişini yerli əhalinin həyatını yaxşılaşdırmaq niyyəti ilə bağlamaq mümkün deyil. Onlar şəxsi mənafelərini təmin etmək üçün respublikamıza gəlirlər. Ancaq maraqlar da qarşılıqlı olmalıdır axı… Onlar əvvəlcə başqırdlardan soruşmalıdırlar ki, biz onların gəlişinə, burada yerləşmələrinə razıyıq, ya yox? Etnik ermənilərin xüsusilə korrupsiya sahəsində cinayətlərinə dair obyektiv statistikanın olduğunu nəzərə alsaq, onların burada yerləşmələrinə bizdən heç kəs razı olmaz. Hər kəsə məlumdur ki, erməni diasporu korrupsiyaya, yeyintiyə və Başqırdıstanın təbii sərvətlərinin talanmasına meyllidir.

Xabirovun Başqırdıstana rəhbər təyin olunmasından sonra əhali sürətlə yoxsullaşır. Eyni zamanda, meşələrin məhvi və dağ-mədən sənayesinin fəaliyyəti təbii fəlakətə səbəb olub. Əmək miqrasiyası xeyli artıb, korrupsiyanın miqyası böyüyüb. Təsəvvür edin ki, Xabirov qanunları və mənəvi dəyərləri də tapdalayaraq, müqəddəs Kuştau təpəsini mədənçilərin istifadəsinə verib. Xabirov və komandası bütün yollarla ciblərini doldurmağa çalışırlar. Belə görünür ki, onlar bu əyri yollarla sadəcə, erməni diasporunu doyurmurlar. Başqırdıstanın dövlət büdcəsindən korrupsiya sayəsində talanan vəsaitlər erməni diasporunun əli ilə Ermənistanın silahlanmasına və iqtisadi ekspansiyasına sərf olunur. Maliyyə yeyintilərinin məbləği on milyardlarla rublla ölçülür. Mənim hesablamalarıma əsasən, Başqırdıstanda dövlət sifarişlərinin ən azı 80 faizi ermənilərin şirkətlərinə verilib. Həmçinin mühüm dövlət vəzifələrinə ermənilər təyin olunur, yerli sakinlər işdən çıxarılır, onların yerinə isə ermənilər işə götürülür.

Mənim ünvanıma ermənilərin təhdidi hələ də davam edir. Buna görə də öz mobil telefonumda tanımadğım nömrələrdən gələn zənglərə blok qoymuşam”.

Söhbətləşdi: Qafqaz Ömərov(www.yenicag.az)

Bu xəbəri paylaşın: