«FARS» VƏ «İRAN» SÖZLƏRİNİN KÖKƏNİ

Eramızdan əvvəl 650-ci il — 330-cu illəri əhatə bir dövrdə dili Elamca olan Əhəməni dövləti fars dövləti deyildir. Əhəməni Dövləti Elam mədəniyyətinin əsasında yüksəlib və Anşan hakimiyyətinin varisi olan bir Elam dövlətidir.

Behistun yazısının Akkad bölümündə: «Mən krallar kralı Daryavuşam (Darius). Mən Parsa kralıyam»- deyə yazmaqdadır. Əvvəlki Türk (Etrusk) «partha» / parthi sözü «yıxan, əzən, yox edən, yerlə bir edən, yəni paralayıcı, parçalayıcı deməkdir.

Əhəmənilər, buradan aydınlaşdırıldığı kimi, dövlətlərini və paytaxtlarını Partha sözünün bir söylənişi olan Parsa, yəni «yıxan; əzən; vuran; yox edən; yerlə bir edən» olaraq adlandırmışdılar.

Arsak dövlətinin isə bir fars dövləti olduğu iddiası doğru deyil, çünki bu dövləti quranların Orta Asiyadan Part adlı Saka (İskit) boyu olduğu qəbul edilir.

Arsak xanədanını təsis edən Sakalar, dövlət adları və paytaxtlarını Partha kimi qorudu. Buna görə Partha adı Arsaklılarla (Sakalarla) yoxa çıxmadı, Əhəmənilər dövründən bu yana istifadə edildi.

Sasanilər xanədanını (224 — 651) təsis edən Ərdəşir, həmçinin Sakaların aristokratiyasındandır. Ərdəşirin atası Babak (və ya Papak) Arsaklı imperiyasında əyalət kralıdır və onun atası Sasan (və ya Zazan) baş rahibdir.

Tarixdə «Pers», ya da «Pars» adlı bir xalq heç bir zaman olmamışdır. Orxan Yazılarında da bu açıq görünür. Kültigin anıtının 2-ci üzünün 11-ci sətrində belə yazılır: “Kurıga kün batsıkdaki Sogud Berçeker Bukarak ulus budunta Engek Sengün, Oğul Tarkan kelti” (Batıdaki Sogud-Berçeker-Bukarak dövləti millətindən Engek Sengün və Oğul Tarkan gəldi).

Kültiginin yoğ (yas) törəninə gələn batıdakı sözü edilən dövlətin iki təmsilçisinin, adları Engek Sengün (Engek General) və Oğul Tarkan (Oğul Şehzade) kimi Türk adlarıdır. Bu dövlət, ərəblərcə işgal edilmiş olan Sasanlı Dövlətindən geriyə qalan və bu günkü Xorasan (İranın şimali şərqi),Türkmənistan, Özbəkistan, Tacikistan, Qırgızıstan və Qüzey Əfqanistanı əhatə edən bir bölgədir.

Bu bölge Partların (Sakaların) anayurdudur. Ərəblər bu bölgəni Orhun Yazılarının qurulduğu 732-735-ci illərində hələ işğal edə bilməmişdilər.

Parsi adı, Sasanlı Dövlətinin yıxılmasından sonra ortaya çıxmış bir addır və Parthi sözünün bir dönüşümüdür. Sasanlı Dövleti yıxıldıqdan sonra ölkə xalqı özünü Parsi olarak adlandırmış, daha sonra bu ad ərəbcənin təsiriylə Farsi şəklinə düşmüşdür.

“İran” adının yazılı olduğu en eski tarixi bəlgə olduğu önə sürülən İrandakı Nakş-i Rustəm qabartmalarında Ərdəşirin adının, Farsca «Ardaşir şâhân şâh êrân» (Ardaşir kırallar kıralı İran) olaraq yazıldığı iddia edilməkdədir.

İlk Sasanlı kıralı Ərdəşirin Arami əlfbasıyla öz adına bastığı pullarda partça (Sakaca) «RTHŞTR MLKN MLK YRN ya da RTHŞTR MLKYN MLK RYN»- yazıları oxunur. Avropalı dilçiləri bu yazını, «Ardaşir kırallar kıralı İran» anlamına gəldiyi iddia edilən, Farsca “Ardaşir şâhân şâh êrân” olaraq çevirmişlər.

Burada, «MLKN MLK, ya da MLKYN MLK» sözlərinin «şâhân şâh» sözünün qarşılığı olduğu iddia edilməkdədir. Bu iddilarını da, “bəzən yazılardakı M hərfinin Ş; L hərfinin A, K hərfinin də H olaraq oxunduğu” kimi, olduqca “elmi”(!) bir üsulla “təsdiqləmişlər”.
Ancaq bu yazı ( RTHŞTR MLKN MLK YRN ya da RTHŞTR MLKYN MLK RYN) oyunbazlıq etmədən doğru bir üslubda oxunursa, “Arthiştir mulukun muluku urunu” -sözləri ortaya çıxar.

Ön Türkçə «mulak/muluk» sözü, «Qurban» anlamına gelməklə yanaşı «soylu» anlamına da gelir və Türk dilində daha sonra «yuluk/yuluğ» sözü kimi formalaşıb.

İkinci olaraq YRN ya da RYN olarak yazılan sözün, İran ya da Aryan sözüylə etimoloji bir bağlılığı yoxdur. Aryan sözü Avropalı dilçilər tərəfindən 19-cu əsrin sonunda uydurulmuş bir sözdür. Sümercə «urun», «ulu; uca» anlamına gəlmkdədir.

Bu baxımdan RTHŞTR MLKN MLK YRN ya da RTHŞTR MLKYN MLK RYN (oxunuşu, “Arthiştir mulukun muluku urunu”) sözləri “Ardaşir kıralların kıralı İran” deyil, “Ardaşir, kırallar kıralı, ucası” anlamına gəlir.

İran adı ön Türkcədən alınmış bir sözdür. Sümercə iri/uru sözü «şəhər; ölkə» anlamlarına gəlir və daha sonra Türk dilinə «yer, mahal, mövqe» anlamlarına gələn «orun və iren/iran» olaraq alınmışdır. Örnəyin Romanın adı olan və şəhər anlamına gələn Etruskca Ruma sözü də bu kökdən gəlməkdədir.

Arif Cengiz Erman
Türklerin Gerçek Tarihi / Türk Dili ve Tarihi Üzerine Tezler

Bu xəbəri paylaşın: