Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənovun 55 yaşı tamam oldu.
Natiq Həsənov xeyli vaxtdır ki, Mingəçevir şəhər şöbəsinə rəhbərlik edir, onun rəhbərlik etdiyi Mingəçevir şəhər şöbəsi bölgələrdə fəaliyyət göstərən fəal şöbələrimizdən sayılır. Bölgə veteranlarının, o cümlədən şəhid ailələrinin problemlərinin həllində daim öndədir. Təşkilatın orqanı olan Fedai.az saytı ilə sıx əlaqələr qurmağı bacaran az saylı şöbə sədrlərimizdəndir. Müharibə iştirakçılarının və şəhid ailələrinin problemini öz şəxsi problemindən önəmli sayır.

Müharibə veteranı Natiq Həsənovu ad günü münasibətiylə təbrik edir, uzun ömür, can sağlığı və azad edilmiş torpaqlarımızda xoş günlər keçirməsini arzu edirik. Bütün gözəlliklər sənin olsun! Həyatdan, ömürdən payına bu gün iki 5 düşüb, sonrakı yaşayacağın ömrə sən özün «5» qiyməti verəsən!
Bütün gözəlliklər sənin olsun və 100 yaşa!
AVMVİB RƏHBƏRLİYİ VƏ FEDAİ.AZ KOLLEKTİVİ







