Avqustun 26-da Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Moskvaya ilk rəsmi səfəri baş tutdu. Bu səfər son zamanlar Ermənistan-Azərbaycan münaqişəsinin alovlanması, xüsusi ilə də Tovuzda sərhədyanı konfliktin gərginləşməsindən sonra gerçəkləşirdi. Ermənistanın dövlət sərhədimizin Tovuz istiqamətindəki təxribatından sonra Rusiyadan üçüncü ölkələr vasitəsi ilə Ermənistana hərbi yüklərin daşınması haqqında məlumatlar, Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələ ilə bağlı rusiyalı həmkarına zəng etməsi Bakı ilə Moskva arasında dialoqun intensivləşməsini labüd edirdi.
Lavrovun simasında rəsmi Moskva yenidən Azərbaycan və Ermənistan arasında Qarabağ danışıqlarını bərpa etmək istəyir. Lavrovun birgə mətbuat konfransında həmsədrlərin köməyi ilə hansısa mərhələdə Xarici İşlər Nazirlərinin kontaktını təşkil etməyin planlaşdırıldığını bildirməsi də bunu göstərir. Rusiya XİN başçısının bu bəyanatına cavabı azərbaycanlı həmkarı bir gün əvvəl TASS-a müsahibəsində bildirmişdi. Ceyhun Bayramov erməni həmkarı ilə görüşün mümkünlüyü üçün Bakının şərtlərini açıqlamışdı: “Həmsədrlər bu ilin payızında Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü təşkil etmək istəyirlər. Lakin Ermənistanın fəaliyyəti faktiki olaraq həmsədrlərin səylərini sıfıra endirib. Ermənistanın münaqişənin nizamlanması prosesini pozması təkcə iyulun 12-də baş verən hərbi hücumla məhdudlaşmır. Bu ölkənin rəhbərliyi müharibənin nəticələrini möhkəmləndirməyin vacibliyini, ərazilərin azad edilməsinin mümkünlüyünün istisnalığını bəyan edərək, Azərbaycanın yaşayış məntəqələrinə zərbələr endirməklə hədələyərək, işğal altındakı ərazilərə qanunsuz köçürülmə siyasətini davam etdirərək danışıqların bərpa olunması şansına zərbə vurur. Ermənistan tərəfinin bu aqressiv bəyanatlarının və təxribatçı addımlarının siyahısını davam etdirmək olar. Bu cür şərtlərdə XİN başçılarının görüşünün tarixi haqqında danışmaq tez olardı.
Rusiya XİN başçısının Qarabağ münaqişəsi ilə bağlı çıxışında digər önəmli məqam “ATƏT-in Minsk Qrupu həmsədrləri danışıqların tərkibinin dəyişdirilməsinin qəbuledlməz hesab edir” fikrini səsləndirməsi idi. Burada sətiraltı olan bir məqama diqqəti yetirmək vacibdir. Bu, təbii ki, son zamanlar Azərbaycan rəsmilərinin və ictimaiyyətinin haqlı olaraq Minsk Qrupunu fəaliyyətsizlikdə günahlandırması, Ankaranın Tovuzda sərhədyanı təxribat zamanı və sonrası fəal olaraq ard-arda siyasi bəyanatlar verməsi, Ərdoğanın Putinlə bu məsələni müzakirə etməsi və bu məlumatın Kreml tərəfindən yayılması ilə bağlı idi. Ona görə də Lavrovun simasında Rusiya XİN bu məsələ ilə bağlı narahatlığını ifadə etdi. Lakin fikrimcə, bu, heç də Rusiya siyasi estebleşmentinin yekdil fikri deyil. Kremlin Ərdoğan-Putin telefon danışığında Tovuzdakı sərhəd təxribatının müzakirəsi ilə bağlı məlumatı yayması və digər bir sıra məqamlar bunu deməyə mənə əsas verir. Ankaranın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına qoşulmasını istəməyən qüvvə hər kəsə məlumdur.
Bu arada Rusiya Xİ naziri Lavrov Bayramovu Xarici İşlər Nazirliyinin tarixi malikanəsində – Rusiya XİN-in Qəbullar Evi adlandırılan binada qəbul etdi. Burada təkbətək 1 saatlıq görüş keçirdilər. Təkbətək görüşdə media nümayəndələri iştirak etmirdi. Faktı yalnız XİN malikanəsinin tarixi zallarının birində, məşhur Molotov (SSRİ-nin Xarici İşlər naziri) – Ribbentrop (Nasist Almaniyasının Xarici İşlər naziri) paktının imzalandığı zaldan yayınlanan foto təsdiq edir. Bu görüş haqqında hər iki tərəf şərh verməyib. Amma Lavrovun Qarabağ müharibəsinə yanaşma tərzinin qətiyyən dəyişməməsi və Rusiyanın bu savaşda həmsədr deyil, tərəf olmasını bir daha təsdiqləyir, Rusiya sadəcə ermənilərin sifarişiylə Türkiyənin Cənubi Qafqazda və bu münaqişədə yer ala biləcəyindən əndişəlidir. Rusiya bölgədə sülhün deyil, savaşın alovlanmasının memarıdır, dəyişməsi də mümkün deyil. Xüsusən də ermənilərin imperiyaın strateji qollarına sızması əlavə ümidlərə də yer qoymur. Amma Rusiya anlamalıdır ki, onun Qafqazda yeri yoxdur və əgər qalmaq istəyirsə, özünün terrorçu-separatçı «şaykasını» Qarabağdan çıxarmalı və öz forpostu olan Ermənistanla kifayətlənməlidir. Problemin tək həlli Gürcüstanın Qərblə, Azərbaycanın Türkiyə ilə birgəliyi yolundan əngəl olmaqdan çəkilməlidir.

Erməni Kalantarın nəvəsi Lavrov hansı danışıqları bərpa etmək istəyir? Rus faşisti Kazimirov-Qraçov yaratdıqları bu problemin adını «həlli olmayan problem» qoyduqlarının artıq şifrəsi çözülüb. Dünyada həlli olmayan problem yoxdur. «Olmaz» deyərsiniz, onu «Qordi düyünü» kimi qılıncla kəsərik. Bütün Qafqaz qalxıb, «İvan idi domoy!» deməmiş, Rusiya bəşəriyyətə qarşı işlətdiyi cinayətlərdən çəkinib öz yuvasına çəkilməlidir. Çünki çöküş öncəsi Rusiyada it yiyəsini, heç yiyəsi də öz itini tanımır. Hansınız it, hansınız sahib olduğunuzu Cənubi Qafqazda deyil, gedib Cənubi Rusiyada aydınlaşdırn. Gec, ya da tez bunlar baş verəcəkdir və Lavrov XİN qaranlıq otağında bizə nələri işarətlə demək istədiyini isə, qoy yeni Xarici İşlər naziri Bayramov açıqlasın. Bizim yozumumuza qalanda isə, qarabəniz Lavrovun qaranlıq otaqda qara pişik axtarması heç də yaxşı əlamət deyil…
İndi isə Rusiya Federasiyası müdafiə naziri Sergey Şoyqunun Bakı səfərinə diqqət yetirək. Şoyqu öz açıqlamasında bildirdi ki, Rusiya Ermənistana Tovuz döyüşləri zamanı silah deyil, tikinti materialı və çağırışçıları daşıyıb. Şoyqunun bu izahatı inandırıcı olmadı. Heş özü də inanmadı. Bizim Məmmədrəfi vardı Müdafiə naziri olanda təyyarə ilə Moskvaya təyyarəylə tikinti materialı daşıyırdı, heç gedib Qazaxstan — Türkmənistan-İran xəttiylə uçmurdu.
Yəni Şoyqu müəllim 102 – ci briqadanın yenidən qurulması üçün, məhz Tovuz döyüşləri zamanımı yadına düşmüşdü? Əgər təyyarələr tikinti materialı daşıyırdılarsa, niyə Rusiya Gürcüstanın üzərindən uçmağı Gürcüstandan icazə ala bilməmişdi. Yaxud da bunca məsrəf çəkmək əvəzinə ermənilərlə hər cür iş birliyində olan ermənipərəst molla rejimindən alaydınız. Həm də mollalara bir az xeyir vermiş olardınız. Həm də 102-ci bazada ermənilər heç bir tikinti işinin aparılmadığını yazırlar. Amma Şoyqu Altay türkü olduğuna görə ona yardımçı olmaq üçün bir lətifə danışaram: «Bir kənddə iki qardaş varmış. Biri düz danışan, o biri isə yalançının biri imiş. Doğru danışanın işləri düz getməzmiş, amma yalançı xətir-hörmət sahibi olmuşdu. Bir gün doğru danışan qardaş da yalançı olmağa qərar verir. Meydanda adamların gur yerində deyir ki, dünən göydə it hürürdü. Eşidənlər «kafir» deyib doğru danışan qardaşı döyməyə başlayırlar. Səsə gələn yalançı qardaş irəli yeriyib deyir: «Bu adam düz deyir. Mən də eşitdim. Amma sən demə qartal iti caynağına alıb aparırmış o it də orada canını qurtarmaq üçün hürürmüş». Adamlar razılaşıb çəkilirlər. Yol boyu yalançı qardaş o birinə öyüd verib deyir: «Gərək yalanı da elə danışasan ki, ona izah da verə biləsən…
Bəli, cənab Şoyqu. Çoxları, bəlkə də bilmir ki, niyə, məhz ilk ağlınıza tikinti materialları gəlib? Amma mən, həm də xeyli tikintiylə məşğul olduğuma görə, bilirəm. Bildirim ki, dünyanın ikinci ən böyük ordusunun rəhbərinin hərbi təhsili yoxdur və o hərbçi deyil. Sergey Şoyqu 1977-ci ildə Krasnoyarsk Politexnik İnstitutunu inşaat mühəndisliyi fakültəsini bitirib və Sibirin bir sıra şəhər və qəsəbələrində inşaat mühəndisi kimi çalışıb. İnşaat mühəndisliyindən 1990-cı ildə isə Rusiya Federasiyası Memarlıq və İnşaat Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub. Yəni Şoyqu hərbçi olsaydı, mütləq daşınan yüklərin hərbi yük olmasını deyərdi.
Hələ desək ki, Şoyqu soyadı da bir yanlışdan yaranıb, bu ağ olar deyərsiniz. Şoyqu soyadı “Rusiyanın Səsi” radiosunun məlumatına görə, S. Şoyqunun atası Kuşaget dünyaya gələndə yerli hökumət məmuru onun adı ilə soyadını qarışdıraraq yanlışlıqla Şoyqu yazır və beləcə də anası rus, atası Tuva türkü olan Sergeyin soyadı Şoyqu qalır.
Yəni yalançı olmasın deyə, türklər uşağın qulağına soyadını söyləyərdilər. Yazıq Şoyqunun da qulağına yəqin ki, atasına edilmiş yanlış soyadı söyləyiblər. Tikinti materialları əvəzinə bit dərmanı desəydi, keçmiş Sovet ordusunda soldat olalanlar bunu təsdiqləyərdilər. Yəni 102-ci ordu «soldatlarına» bit düşüb və Şoyqu da oraya 800 ton bit dərmanı göndərib. Quru yola etibar yoxdu. Beyruta da Azot kübrəsi göndərmişdi, gördünüz də ermənilər neylədi? Hələ «yazıq ermənilərə görə» biz də 1 milyon zibilə düşdük. Həm də Bakıda yaşayan erməni arvadları kilsəsiz qaldı…
Amma Şoyqu deyəsən, Tovuz hücumları zamanı rus «soldatlar»ı qorxmasın deyə çaxır və vodka daşıyırmış…
X. Ədəboğlu










