Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 30 aprel – Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılması günü münasibətilə XTQ hərbçilərini təbrik edir.
Qeyd olunur ki, 1999-cu ildə yaradılan Xüsusi Təyinatlı Qüvvələr qısa müddətdə yüksək peşəkarlığı və döyüş qabiliyyəti ilə seçilərək Azərbaycan Ordusunun ən güclü bölmələrindən birinə çevrilmişdir. XTQ bölmələri həm 2016-cı ilin Aprel döyüşlərində, həm də 44 günlük Vətən müharibəsində xüsusi şücaət nümayiş etdirmiş, torpaqlarımızın azad olunmasında mühüm rol oynamışdır. Xüsusilə Şuşa şəhərinin azad edilməsi uğrunda göstərilən qəhrəmanlıq dünya hərb tarixində özünəməxsus yer tutmuşdur.
Füzuli Rzaquliyev Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinə möhkəm cansağlığı, xidmətdə uğurlar və yeni nailiyyətlər arzulayaraq onların Vətənə sədaqətinin hər zaman yüksək qiymətləndirildiyini vurğulamışdır.
AVMVİB-in Mətbuat xidməti
