Təbrik: Rəcəb Baxşıyev — 57

Bu gözəl və ürəkaçan bir gündə daha bir silahdaşımızın yubileyini qeyd edirik. Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşıyevin 57 yaşı tamam olur.

Baxşıyev Rəcəb Xudayar öğlu 1969-cu ilin may ayının 2-də Lerik rayonun Pirasora kəndində zəhmətkeş ailədə anadan olub. O, Lerik rayonun Pirasora kənd orta məktəbi və Dağıstan Dövlət Universitetinin Bakı filalını bitrib. 1987-1989 -cu illərdə Rusiya Sovet Sosialist Respublikasının Kemerovo vilayətində müddətli həqiqi hərbi xidmətə olub. Rəcəb Baxşıyev 1991-ci ilin oktyabr ayından- 1992-ci illin iyul ayının 5-nə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Goranboy, Ağdam rayonları istiqamətində) gedən döyüşlərdə , eləcə də Goranboy rayonundakı bir sıra kəndin ermənlərdən təmizlənsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlib. 1992-ci illin iyul ayının 5-də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanıb. O,Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, «İctimai Şura haqqında» Azərbaycan Respublikasının Qanunun, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirir.

Ad günü münasibəti ilə səbəbkarı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Fedai.az və Veteran.az saytının kollektivi, doğmaları, iş və döyüşçü yoldaşları səmimi-qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzu edirlər!

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: