Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Nərimanov rayon şöbəsinin sədri, Qarabağ müharibəsi veteranı və qazisi Qurban Osmanovun ad günüdür! Qurban Osmanov «Nərimanov batalyonu»nun tərkibində ağır və eyni zamanda şərəfli döyüş yolu keçmiş döyüşçülərimizdəndir.
Qurban müəllim daim təşlilatın ictimai həyatında fəal rol oynamış, şəhid ailələrinin, Vətən müharibəsi veteranları və qazilərlə bağlı sosial məsələlərin həllində və tədbirlərin təşkilində aktivlik nümayiş etdirən nümunəvi ictimaiyyətçilərimizdəndir.
Bu gün Qurban Osmanovun 61 yaşı tamam olur. Bu əlamətdar gün münasibəti ilə onu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, AVMVİB Mətbuat xidməti, doğmaları, döyüşçü dostları və iş yoldaşları təbrik edir, ona bu həyatda ən şirin nemət olan cansağlığı, xoşbəxt həyat arzu edirlər.
AVMVİB Mətbuat xidməti