Təbrik: Elmar Hüseynov — 68

Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) beynəlxalq əlaqələr üzrə sədr müavini, AVMVİB Nəsimi rayon şöbəsinin sədri, polkovnik Elmar Hüseynovun 68 yaşı tamam olur.

Hüseynov Elmar  Knyaz oğlu 1958-ci ilin aprel ayının 30-da Azərbaycan Respublikasının Daşkəsən rayonunda zəhmətkeş ailədə anadan olub. 1975-ci Daşkəsən şəhər Səməd Vurğun adına 4 saylı tam orta məktəbi, 1979-cu ildə SSRİ Daxili işlər Nazirliyin Daxili Qoşunların Tiflis şəhərində yerləşən tədris alayında bölüyün baş cavuşu və taqım komandiri kursunu, 1983-cü ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının  LKGİ-nin 60-iliyi adına Leniqrad (Sankt-Peterburq) Ali Hərbi Siyasi məktəbi, 1998-ci ildə Naxçıvan Dövlət Universitetini, 2001-ci ildə isə ABŞ, Luiziana Ştatı Üniversitetinin Böhranı İdarəetmə və Antiterror kursunu bitrib. O, SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi  illər ərzində Daxili Qoşunların Gürcüstan Respublikasının Ksani rayonunda Tiflis və Rustavi şəhərində Azərbaycan Respublikasının isə Bakı  şəhərində yerləşən divziyalarında və hərbi hissələrində keçiriilən təlim-metodiki toplanışlarda, komanda-qərargah məşqlərində, müvafiq kurslarda, xüsusi-taktiki təlimlərdə, nümnəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib. Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin xətti ilə nümayəndə heyətinin rəhbəri kimi bir sıra xarici ölkələrdə işgüzar səfərdə olmuşdur.

1976-1978-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Gürcüstan və Azərbaycan Respublikalarında yerləşən Divziyaların konvoy — mühafizə alayında  rabitə stansiya qurupun rəisi, bölük baş çavuşu, taqım komandiri, böluk komandirinin tərbiyəvi işləri üzrə müavini, bölük komandiri və tabor qərargahının rəisi vəzifələrində olub. 1990-1992-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı milis dəstəsində  bölük komandiri, 1993-1994-cü illərdə Azərbaycan Respubilkası Milli Qvardiyasında alay komandiri və   milli qvardiya komandanın müavini, 1994-2005 -ci illərdə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Penitensiar Xidmətinin Mühafizə Alayında qərargah rəisinin  döyüş xidməti üzrə müavini və alay komandiri vəzifəsində xidmət edıb. 1990- 1993 -cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Xocalı, Laçın, Qubadlı, Ağdərə, Ağdam, Şuşa, Goronboy və Göygöl rayonları istiqamətində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. 1990-cı ilin noyabr ayında Şuşa şəhərində Xocalı hava limanın qorunmasında, 1991-ci illin aprel və may aylarınında isə Xanlar (Göygöl) rayonun Caykənd, Qarabulaq, Kamo, Azad (Yen Zod), Goronboy rayonunun isə Todan, Erkec, Mənəşli, Buzlaq kəndlərinin ermənlərdən təmizlənməsində Polkovnik Elmar Hüseynovun xüsusi rolu olub.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi Elmar Hüseynovu ad günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır.

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: