BALLIQAYA SOYQIRIMI

Elmar Həsənli

1992-ci ilin avqust ayında Göranboy rayonunun Ballıqaya kəndində erməni terrorçu-quldur birləşmələri tərəfindən daha bir qanlı və amansız cinayyət — Ballıqaya qətliamı törədilmişdir.

1992-ci ilin yay aylarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Laçın rayonundan qaçqın düşmüş və Azərbaycanın müxtəlif bölglərində məskunlaşmış, yaxın qohumluq münasibələri olan 6 ailə heyvandarlıq üçün əlverişli olan Ballıqaya ərazidə məskunlaşmışdılar. 1992-ci ilə qədər Laçın rayonu Azərbaycanda heyvandarlığın yüksək inkişaf etdiyi rayonlardan biri sayılırdı, bu sahə rayonda əhalinin əsas məşğuliyyəti idi. 18 may 1992-ci il tarixdə Ermənistan Respublikasının silahlı birləşmələri tərəfindən Laçın rayonu işğal edildikdən sonra, rayonun əhalisi Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Heyvandarlıqla məşğul olan rayon sakinləri daha çox bu fəaliyyət növü üçün əlverişli olan Beyləqan, Bərdə, Goranboy və digər ətraf ərazilərdə məsunlaşmışdı. 1992-ci ilin avqust ayında Ballıqaya kəndində çadırda məskunlaşan Laçın rayon sakinləri də buraya bu məqsədlə gəlmişdilər.

Tarixdə Ballıqya qətliamı kimi tanınan hadisə 1992-ci ilin avqust ayının 28-də səhər saat 5 radələrində baş vermişdir. Hadisə günü Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olaraq 24 insanı amansızlıqla qətlə yetirmiş, 9 nəfəri isə ağır yaralamışdır. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi. Ballıqayada 24 nəfər xüsusi amansızlıqla qətlə yetirilmiş:

№ A.S.A Doğum tarixi Yaşı

Azyaşlı uşaqlar


1 Hümbətov Elçin Vəzir oğlu 1980 12 yaş
2 Hümbətov Bəxtiyar Vəzir oğlu 1982 10 yaş
3 Hümbətov İsmayıl Vəzir oğlu 1984 8 yaş
4 Hümbətov Nəvadi Vəzir oğlu 1986 6 yaş
5 Hümbətova Gülnar Vəzir qızı 1988 4 yaş
6 Hümbətov Canpolad Vəzir oğlu 1992 6 ay


Qadınlar


1 Abdullayeva Səadət Abdulla qızı 1973 19 yaş
2 Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı 1935 57 yaş
3 Mehdiyeva Ayna Hümbət qızı 1967 25 yaş
4 Mehdiyeva Bəyim Aydın qızı 1959 33 yaş
5 Mehdiyeva Gülayə Əli qızı 1925 67 yaş
6 Mehdiyeva Süraya Məhəmməd qızı 1956 36 yaş
7 Kalbalıyeva Nubar Muradxan qızı 1952 40 yaş
8 Vəliyeva Zeynab Hüseyin qızı 1899 93 yaş
9 Alməmmədova Minaya Əbilqasım qızı 1930 62 yaş
10 Alməmmədova Zeynəb Şəmil qızı 1972 20 yaş
11 Alməmmədova Kəmalə Şəmil qızı 1976 16 yaş
12 Hümbətova Hürzaman Qara qızı 1959 33 yaş
13 Hümbətova Gülnar Vəzir qızı 1988 4 yaş


Qocalar

1 Abdullayev Abdulla Bədəl oğlu 1934 58 yaş
2 Mehdiyev Hümbət Əbulqasım oğlu 1930 62 yaş
3 Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı 1935 57 yaş
4 Mehdiyeva Gülayə Əli qızı 1925 67 yaş
5 Vəliyeva Zeynab Hüseyin qızı 1899 93 yaş
6 Alməmmədova Minaya Əbilqasım qızı 1930 62 yaş

Qətlə yetirilənlər arasında azyaşlılar, qadınlar və uşaqlar çoxluq təşkil edir. Belə ki, qətliamda 6 uşaq və 13 qadın amansızlıqla qətlə yetirilmiş, uşaqlardan ən böyüyünün 12 yaşı, ən kiçiyi Hümbətov Canpolad Vəzir oğlu isə cəmi 6 aylıq olmuşdur. Bundan əlavə qətlə yetirilən 24 nəfərdən 6-sı yaşlı şəxslər olmuşdur. Onlardan ən böyüyünün Vəliyeva Zeynəb Hüseyin qızı 93 yaşında olmuşdur. Ümumilikdə Ballıqayada qətlə yetrilmiş 11 kişi (5-i uşaq, 2-si yaşlı şəxs), 19 nəfəri qadın olmuşdur. Onlar xüsusi amansızlıqla, iri çaplı atıcı silahlardan atılan atəş nəticəsində qətlə yetirilmiş, həlak olmuş şəxslərin bəzilərinin meyitləri yanmışdır.

Ballıqaya qətliamında qətlə yetirilmiş şəxslər Azərbaycan Respublikasının müxtəlif bölgələrində, Bərdə rayonunun inzibati ərazisində yerləşən Qaradəmirçi və Alpout və Tumaslı və Nazırlı kəndlərində, Ağdam rayonunun inzibati ərazi vahidində yerləşən Güllücə kəndində dəfn olunmuşlar.

Bundan əlavə qətliam zamanı 9 nəfər: – Məhərrəmov Yaqub Cəmil oğlu, Məhərrəmova Xoşbəxt Kamil qızı, Məhərrəmova Südabə Cəmil qızı, Muradova Xuraman Məhəmməd qızı, Quliyeva Şəhla Məhəmməd qızı, Mehdiyeva Lamiyə Rəhbər qızı, Mehdiyev Elxan Rəhbər oğlu, Mehdiyev Məhəmməd Rəhbər oğlu, Abdullayeva Züleyxa İbrahimxəlil qızı ağır bədən xəsarəti almışlar. Uzunmüddətli müəlicə prosesinə baxmayaraq, onlardan bir çoxunun sağlamlığını bərpa etmək mümkün olmamışdır. Hadisə nəticəsində yaralanmış 3 azyaşlı uşaq hər iki valideynini itirmişdir.

Ağır bədən xəsarəti alan, lakin sağ qalan şəxslərin verdiyi ifadələrə görə, onlar bir neçə gün izləndiklərini hiss etmişlər. Şahid ifadələrindən məlum olur ki, həm qətlə yetirilən həm də ağır bədən xəsarəti alan şəxslərin özlərini müdafiə etmək üçün heç bir odlu və ya soyuq silahı olmamışdır.

Qətliam zamanı mülki şəxslərə atıcı və ağır silahlardan, atəş açılmış, onların cəsədləri və şəxsi əşyaları yandırılmışdır. Bütün deyilənlər cinayəti törədən terrorçu dəstənin bilərəkdən mülki şəxsləri, o cümlədən qadınları və azyaşlı uşaqları hədəf aldığını, uşaqlar və qadınlar da daxil olmaqla bütün insanların öldürülməsinin onların əsas məqsədi olduğunu göstərir. Ballıqaya qətliamı zamanı beynəlxaq humanitar hüququn bir sıra əsas tələbləri kobud şəkildə pozulmuşdur. Mülki insanlar birbaşa hədəfə götürülmüş, öldürülmüş, bütün beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd olaraq azyaşlı uşaqlar, qadınlar və yaşlı insanlar qətlə yetirilmişdir. Baş vermiş qətliam zamanı maldarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri yaşamaq hüququndan məhrum edilmişdir.

Baş vermiş qətliamla bağlı 28 avqust 1992-ci tarixində Azərbaycan Respublikası, Goranboy Rayon Hərbi Prokurorluğunda cinayət işi başlanmış, aparılmış istintaq tədbirləri nəticəsində qətliamda iştirak edən terrorçulardan bəzilərinin şəxsiyyəti müəyyən edilmişdir. Ballıqaya qətliamı ilə bağlı materiallar, maddi sübutlar və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Memorial Soyqırım Muzeyində saxlanılır. Azərbaycan Respublikası tərəfindən aidiyyəti beynəlxalq təşklilatlara və o cümlədən Ermənistan Respublikasına cinayətkarların tapılaraq ədalətə təslim edilməsi ilə bağlı müraciət edilməsinə baxmayaraq, bu günə qədər bu cinayət aktını törədən cinayətkarlar layiqli cəzasını almamışdır. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasıdünya birliyini bu amansız qətliama biganə qalmamağa, cinayətkarların layiq olduqları cəzanı almasına yardım etməyə çağırır.

Ermənilər tərəfindən törədilmiş bu soyqırım hadisəsinə aid açılmış cinayət işinin materialları və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım Muzeyində qorunub saxlanılır.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il tarixli 125 saylı qərarı ilə Laçın rayonunun Nağdalı kənd klubuna Mehdiyev Rəhbər Məhəmməd oğlunun adı verilmişdir.

P.S.Ballıqayada soyqrım zamanı ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilmiş dinc sakinlər: Mehdiyeva Qənirə İbrahim qızı, Mehdiyev Fikrət Hümbət oğlu, Mehdiyev Mehti Hümbət oğlu və Mehdiyeva Ayna Hümbət qızının nəşi.

Bu xəbəri paylaşın: