Oktyabrın 1-dən V-IX siniflərin mərhələlərlə məktəbə əyani şəkildə gəlməsini planlaşdırırıq. Situasiyadan asılı olaraq, həftədə 2 və ya 3 dəfə.
Axar.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, ən azı mart ayına qədər teledərslər və virtual məktəb layihəsi davam edəcək:
«Lakin bu siniflərin mərhələli şəkildə təhsilə başlamasını planlaşdırırıq. Əgər epidemioloji vəziyyət imkan verərsə, 5-11 siniflərdə təhsil alan ümumilikdə 1,3 milyon şagirdin uyğunlaşdırılmış proqramlarla məktəbə qaytarılmasını planlaşdırırıq».
O qeyd edib ki, əgər vəziyyət imkan verərsə, 10-11-ci siniflərin 15 oktyabrdan həftədə 2-3 gün olmaqla ənənəvi dərslərə başlaması planlaşdırılır.
Ümumilikdə isə 5-11-ci siniflər 15 sentyabrdan distant təhsilə başlayacaq.
