Son günlər könüllü Azərbaycan gənclərindən ibarət könüllülər ön cəbhədəki hərbi hissələrin mövqelərinə lazım olan işlənmiş təkər, şpallar və s. çatdırıblar.
Bu aksiyalarda öndə olan vətənpərvər, könüllü gənclərimizdən Sənan Boz Qurd (Əliyev) və Elnur Əliyev bildirdilər ki, bu günədək 90 TIR lazımi ləvazimatı hərbi hissələrimizə çatdırıblar. Bu gün də bu aksiya davam etdirilir.
Bu aksiyada iştirak edən «Alp Turan» idmançıları və «Oğuzlar» könüllülərinə Sənan Əliyev və Elnur Əliyev öz təşəkkürlərini bildirirlər. Sənan Boz Qurd öz facebook səhifəsində bu barədə paylaşım edib: «Ön cəbhədə olanda gördüm ki, postlarda duran əsgərlərimizin Bakıdakı bu aksiyadan xəbərləri var və bu aksiya onlarda yüksək motivasiya və ruh yüksəkliyi yaradıb. Komandir də əsgərlərə dedi ki, bu uşaqların hərəsinin nə qədər problemi var, amma buna baxmayaraq, sizin üçün hər gün təkər yükləyib göndərirlər ki, təhlükəsizliyinizi təmin etsinlər». Doğrudan da ordu xalqa arxa olduğu kimi, xalq da öz ordusuna arxa olmalıdır.
Bu cür vətənpərvər gənclərimizə Ordumuza dəstək olduqlarına görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Rəhbərliyi öz minnətdatrlığını bildirir.
Elnur Səlim





