Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir.
Elə bir məktəb ki, bizlər o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid məzarlarını ziyarət edərkən şəhidlik adlı zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirik.
Həyatda ən böyük xoşbəxtlik də elə Vətən yolunda şəhid olmaqdır. Lakin hər bir insana da şəhid olmaq, o əlçatmaz zirvəyə ucalmaq nəsib olmur…
AVMVİB Tovuz rayon şöbəsinə məxsus facebook səhifəsində bölgə veteranların örnək bir aksiyası barədə paylaşım edilib. Paylaşım mətnində deyilir: «AVMVİB Tovuz rayon şöbəsinin Qovlar özəyinin veteranları Qovlar Şəhidlər xiyabanında abadlıq işləri görüblər.
Veteran, Qazi qardaşlarımıza təşəkkür eləyirik».
AVMVİB Tovuz şöbəsinin Mətbuat Xidməti