ERMƏNİSTAN HAKİMİYYƏTİNDƏ QARŞIDURMA

Xatırladaq ki, yazılı mediada SƏHİYYƏ sahəsindəki bir sıra korrupsiya sui-istifadə hallarının və koronavirusla mübarizədəki çatışmazlıqların aşkar edildiyi yazılmışdır. Üstəlik, qərargahın Səhiyyə naziri Torosyandan bir hesabat tələb etməsi barədə söz-söhbətlər yayılmışdı.


Bu səhər də Səhiyyə naziri ilə baş nazir Paşinyan arasında yenidən gərgin söhbətlər baş verdiyi deyilir. Paşinyan Torosyana onun koronavirusla mübarizədə uğursuz fəaliyyət göstərdiyini söyləyib. Toposyan isə qonşu ölkələrlə müqayisədə onun özünün KORONAVİRUSLA mübarizəyə bilərəkdən gec qoşulduğunu və ona onun özünün dediyi «KORONAVİRUS KİMİN KÖPƏYİDİR Kİ, BİZƏ YAXINLAŞA» sözlərini xatırladıb. Beləliklə, hətta aralarında qarşılıqlı təhqirlər eşidilib. Daha sonra Torosyan Milli Təhlükəsizlik Xidməti idarəsinə çağırılıb.


Rəsmi məlumata görə Paşinyan hüquqşünaslara və xüsusi orqanlara səhiyyə naziri Arsen Torosyanın fəaliyyətinin yoxlanılması barədə tapşırıq verib.


İSMAYIL TANRIVERDİ — erməni mətbuatından.

Bu xəbəri paylaşın: