
Abbas Hüseynli
AVMVİB sədrinin hüquqi və sosial məsələlər üzrə müavini
Artıq uzun müddətdir ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsinə erməni qəsbkarları, erməniləri Suriya və Livandan kütləvi şəkildə köçürür. Azərbaycan Xarici İşlər Nazirliyi isə bundan narahat olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edir və onlardan kömək istəyir.
ATƏT-in Minsk Qrupunun həmsədrləri isə riyakarlıqla məşğul olur, hətta bu köç siyasətinin daha da genişlənməsinə kömək edirlər. Doğrudur, Azərbaycan Prezidenti ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazı olduğunu dəfələrlə bildirsə də, yenə də Rusiya, Amerika və Fransa dövlətləri öz çirkin məqsədlərini davam etdirməkdədirlər.
Moskva şəhərində Azərbaycan Respublikası Xarici İşlər Naziri Ceyhun Bayramovla, Rusiya Federasiyasının Xarici İşlər Naziri, erməni əsilli Lavrov görüşərkən Minsk Qrupunun formatının dəyişməyəcəyini, oraya Azərbaycanın istədiyi hər hansı bir dövlətin qoşula bilməyəcəyini bir daha vurğuladı. Biz isə bu erməni Lavrovun sözündən çıxa bilməyəcəyimizi bir daha göstərdik.
Ondarma rejimin rəhbəri Araik Arutunyan Livandan 100 -150 erməni ailəsinin Qarabağda yerləşdirilməsindən danışır. Bu barədə o, Livanda yerləşən Kilikiya Katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aramla danışıb, müzakirələr aparıb. Baxın, bizim dini liderimiz Allahşükür Paşazadənin, nə vaxtsa, Azərbaycanın işğal edilmiş əraziləri barədə dünya dini liderləri qarşısında hər hansı bir müraciəti olmuşdurmu?
Hələ vaxtı ilə ermənilər bu köç siyasətini 1813-1828-ci illərdən sonra davam etdirmiş və minlərlə erməni ailələri bizim dədə-baba torpaqlarmıza gələrək burada məskunlaşmışdırlar. Nəticə isə göz önündədir. Torpağı, vətəni olmayan bu qaraçılar vətənə, torpağa və dövlətə sahib olmuşlar.
Görün, biz nə günə qalmışıq ki, Misir Xarici Əlaqələr Şurasının üzvü, Qahirə Universitetinin Rusiya Araşdırmalar Mərkəzinin direktoru, professor Nurhan Əl-Şeyx bizim işğal edilmiş ərazilərimizə Suriya və Livandan ermənilərin qanunsuz köçürülməsinə öz etirazını bildirir. O, deyir ki, Dünyanın qloballaşdırma zamanında hər-hansı bir dövlətin orta əsrlərdə olduğu kimi, başqasının ərazisini işğal altında saxlamaqla orada etnik quruluşu dəyişməsi yolverilməzdir.
Görürsünüzmü ki, bizim ərazilərimizi işğal edən ermənilər bizimlə orta əsrlərdə olduğu kimi danışır. Ona görə ki, bizim başda oturanlarımz, hələdə orta əsrlərdə olduğu kimi dünyaya baxırlar. Onlar işğal edilmiş ərazilərə köçürmənin qanunsuz olmaları barədə ATƏT-in Minsk qrupuna deyil, BMT-nin Təhlükəsizlik Şurasına müraciət etməlidirlər. Ona görə ki, ermənilər bu köçürmə siyasəti ilə 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası və ona əlavə edilmiş Protokolları kobud şəkildə pozmuşlar.
Misir professoru bizim xalqın başına gələ biləcəyi müsibətlərdər bəhs edərək deyir: «Bu, həmin ərazilərin əsil sakinləri olan azərbaycanlıların da gələcəkdə öz doğma yurdlarına qayıtmasının qarşısını almaq məqsədi güdür. Ermənistan BMT-nın üzvü və beynəlxalq konvesiyalara imza atmış ölkədir və öz üzərinə götürdüyü öhdəliklərə əməl etməyə borcludur»
Bu professor elə başa düşür ki, biz, işğal edilmiş əraziləri azad etmək istəyirik və buna görədə Beynəlxalq təşkilatlara müraciət etməyi məsləhət görür. Bu professor düşünsə ki, bizdə nə qədər hakimiyyətdə olan erməni əsillilər, nə qədər 5-ci kolona işləyən vəzifəli şəxslərimiz vardır, biz onlardan azad olmadan işğal edilmiş ərazilərimizi azad edə bilməyəcəyik…
Görün, nə gündəyik ki, misirli professor bizim vayımızdan, hesabla azərbaycanlı sayılan akademikimiz isə nəvəsinin toyundan yazır…