Alimlər müəllimlərin COVID-19-a yoluxması riski ilə bağlı xəbərdarlıq edir

Tədris ilinin başlanğıcı ilə orta məktəblərin yuxarı siniflərinin pedaqoqları arasında koronavirusa yoluxmaların sayı kəskin arta bilər.


Xarici KİV-ər  xəbər verir ki, belə nəticəyə modelləşdirmənin gedişatında Kaliforniya universitetinin alimləri gəlib.


Mütəxəssislərin fikrincə, yuxarı sinif müəllimlərinin 40,7 faizi təhlükəli infeksiyaya yoluxma riski ilə üz-üzədir. Bu, patogenin kiçik yaşlı uşaqlar arasında yayılmasının yuxarı sinif şagirdlərinə nisbətən daha az olması ilə bağlıdır.


Orta yaş qrupunun pedaqoqları arasında COVID-19 simptomları 37,2 faiz qeydə alına bilər, amma ibtidai siniflərin pedaqoqlarının riskləri 4,1 faiz qiymətləndirilir.


Alimlər güman edirlər ki, orta və böyük məktəblərin sinif otaqlarında təhsil alanların sayı 10 nəfəri ötməməlidir. Bu rəqəm ibtidai məktəblərin siniflərində iyirmiyə qədər şagirdi ötə bilər.(Report)

Bu xəbəri paylaşın: