Siyəzən rayonunda şəhid məzarlığı dağıdılıb

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Siyəzən rayon şöbəsinin qərargahına rayonun İcra Hakimiyyəti başçısı Novruz Novruzovun rayonda müharibə veteranlarına və şəhidlərimizə bəslədiyi mənfi münasibət barədə yazmışdıq.

Artıq bu qədər olmaz. Təqaüd yaşlı bu adamdan bütün rayon əhalisi narazıdır. İşi-gücü boş yer tapıb satmaqdan ibarət olan Novruz Novruzov artıq yazılanlara da cavab verməyi tərgidib. Xüsusən də Ramiz Mehdiyevin gedişi başçıya əməlli-başlı təsir eləyib.

Bu kadrlarda görünənlər Siyəzən rayon Beşdam kəndində yerləşən şəhid məzarlarıdır. Siyəzən İcra strukturları hara baxır? Bu gün bu vətəni qoruyan, onun uğrunda şəhid olanlara beləmi qiymət verilir? Biz N.Novruzovun gələn kimi rayonda Şəhidlər muzeyini sökməklə və veteranlara məxsus qərargaha əl qoymaqla başladığını yazmışdıq. Yəqin cənab başçı cəzasızlıqdan ruhlanaraq öz antimilli fəaliyyətini davam etdirmək qərarına gəlib.

Belə vicdansızlıq olmaz. Bu da bizim üçün çox böyük bir dərddir. Allah cəmi şəhidlərə rəhmət eləsin.

Məkanları cənnət olsun.

İnanırıq ki, aidiyyatlı orqanlar bu fakta öz münasibətlərini bildirəcəklər.

Fedai.az Araşdırma Qrupu

P.S. Kadrlara baxmaq üçün bu bildirişin üstündən basmanız kifayətdir:

https://www.facebook.com/leylaosmanli.yk/videos/4370455703025888/?t=39

Bu xəbəri paylaşın: