AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayevin qızının ad günüdür.
Ad günü münasibətiylə paylaşımda Azad Musayev yazır: «Bu gün Anamın adını daşıyan, Anamı hər gün mənə xatırladın qızım Məryəmin 16 yaşı tamam oldu. Ad günün mübarək, əziz anam».
Fedai.az saytı təbriklərə qoşulur, Məryəm xanımı təbrik edir, uzun ömür, can sağlığı və səadətlər arzulayır. Bizlər üçün Vətən analardan başlayır. Tanrı qorusun!
Bütün gözəlliklər sənin olsun, Məryəm xanım. Atana və Vətənə layiqli övlad olmanı arzulayırıq!
100 yaşa!
Fedai.az kollektivi