Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva UNEC-in yenidən inşa olunan 3 saylı tədris korpusunun istifadəyə verilməsi mərasimində iştirak ediblər.
Dövlət başçısı İlham Əliyev görülən işlərdən razı qalıb.
O, bildirib ki, bu, digər universitetlər üçün də nümunə olmalıdır.
Birinci vitse-prezident Mehriban Əliyeva görülən işlərdən razılıq əlaməti kimi isə «İnsan lap yenidən tələbə olmaq istəyir…» cümləsini işlədib.
Qeyd edək ki, tikintisinə 2018-ci ildən başlanılan və müasir standartlara cavab verən yeni tədris korpusu köhnə binanın fasadı saxlanılmaqla inşa edilib.
Müasir kampus standartlarına cavab verən, modern memarlıq elementləri ilə zəngin olan, 4 binadan ibarət yeni tədris korpusunda texniki və texnoloji ixtisaslar üzrə 3 min tələbə təhsil ala biləcək.
Binada 30 auditoriya, 6 mühazirə, 6 linqafon otağı, ən müasir texnoloji avadanlıqla təchiz olunan 14 laboratoriya, geniş idman zalı, ikimərtəbəli kitabxana, böyük və kiçik konfrans zalları var. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.