Video açılmırsa, YouTube-dan izləyin.
Aleksandr Lukaşenko 1994-cü ildə, müstəqil Belarus tarixində keçirilmiş ilk prezident seçkilərindən sonra hakimiyyət başına gəlib.
O vaxtdan 26 il keçir. Şərhçilərə əsasən, bu müddət ərzində Belarus lideri opponentlərini təqib edib, öz siyasi hakimiyyətini möhkəmləndirib.
Cənab Lukaşenko son seçkilərdə qələbə çaldığını deyir. Lakin belə görünür ki, onun fikriylə küçələrə çıxan izdiham razı deyil. Onlar prezidenti seçki saxtakarlığında ittiham edirlər. Aleksandr Lukaşenko hakimiyyətdən getməyəcəyini deyir.
BBC News Ukrayna xidməti Belarusda inkişaf edən son hadisələrlə yanaşı Aleksandr Lukaşenkonun siyasi karyerasına da nəzər salıb.(BBC)
Bu xəbəri paylaşın: