Erməni müxalifətçi — siyasi şərhçi SONA AĞEKYAN Nikol Paşinyan və onun xanımının eyni xasiyyətdə olduqlarını və daima yalan vədlər verərək xalqın gözündən düşdüklərini söyləyib.
O, deyir ki, bir zamanlar azərbaycalı əsgər analarına müraciət edərək, onları barışığa səsləyən Anna Akopyan indi əlinə avtomat silahı götürərək, onlara qarşı müharibə etməyə hazırlaşır. Yaxşı olar ki, Anna «xanım» torpaq üzərinə uzanaraq, güllə atmağı öyrənməkdən öncə, uşaqlarının «DEZERTİR» (fərari) atasının xilası barədə düşünsün.
Əslində ona atdığı güllələrin fişəngləri lazımdır ki, özünə bəzək əşyaları düzəltdirsin və bu bəzəklərdən Azərbaycan MUĞAMI dinləyərkən, yaxud XANKƏNDİNDƏ çay içərkən istifadə etsin.
— Bu şəklə diqqətlə baxın: Nişangahı hədəfə götürən Anna sol gözünü yumaraq, sağ gözü ilə nişan almaq əvəzinə SAĞ gözünü yumaraq, hədəfə atəş açmağa çalışır. Kimi və ya nəyi vuracağı bəlli deyil.

4 -cü, sonuncu şəkildə isə hərbi forma geyinərək özünü REKLAM etməkdə görəsən məqsədi nədir? Yəqin ki, bununla məqsədi bütün erməni qadınlarını müharibəyə səsləməkdir.

Axı müharibə başlayarsa, hamıdan öncə qaçıb bunkerlərdə gizlənən o və ailəsi olacaq.
İSMAYIL TANRIVERDİ
BDU — nun Erməni Araşdirmaları Elmi Tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi
P.S. Bir vaxtlar özünü «sülh qarğası» kimi dünyaya sırımağa çalışan Paşinyanın Annası, bu dəfə «leş qarğası» olmağı məşq edir. İnşallah tezliklə Annanı öz arzularına çatdıracağıq…
