“Elə bildik maşın gəlib, baxdıq ki, güllə səsidir” — Ölümdən qorxmayan tovuzlular — VİDEO

Son günlər Tovuz rayonun Ağdam kəndində atəşkəs rejiminin pozulması halları artıb.

Baku TV xəbər verir ki, Ermənistan tərəfi növbəti dəfə cəbhənin bu istiqamətində təxribat yaratmaq istəyir.

Silahlı qüvvələrimizin mövqeləri və mülki şəxslər hədəfə alınır. Kənd sakinlərinin sözlərinə görə, düşmən atəşkəsi pozmağa çalışsa da ordumuz onun layiqli cavabını verir. Silahlı qüvvələrimizin sərrast cavab həmləsi ilə düşmən susdurulur.

Kənd sakini: «Axşam yatmışdıq, elə bildim ki, qapıya maşın gəlib. Durub baxdıq ki, güllələrin səsidir”.

Məlumat üçün bildirək ki, atəşkəsin intensiv pozulması nəticəsində mülki evlərə ziyan dəyib. Ağdam kəndindəki əksər evlərdə güllə izlərini görmək mümkündür. Lakin bütün çətinliklərə baxmayaraq əhali normal həyatını yaşamağa çalışır. Kənd təsərrüfatı ilə məşğul olan insanlar gündəlik təsəffüratları ilə məşğul olur, torpaq sahələrini becərirlər.(Azxeber.com)

Bu xəbəri paylaşın: