Türkiyə Aralıq dənizində yeni hərbi təlimə başlayır.
Bu haqda Türkiyə Silahlı Qüvvələrinin (TSQ) yaydığı bəyanatda bildirilir.
Məlumata görə, «Aralıq dənizi Fırtınası» adlandırılan və Şimali Kipr Türk Cumhuriyyəti ilə birgə keçiriləcək təlim 6-10 sentyabr tarixlərində baş tutacaq.
Qeyd edək ki, Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasında gərginlik yaşanır. Şərqi Aralıq dənizindəki özünə məxsus sahədə haqlarını tələb edən Türkiyənin qarşısına Yunanıstan çıxarılır. Yunanistanın provokatif addımları nəticəsində Türkiyə Şərqi Aralıq dənizində ard-arda Navtex elan edib.
Fransanın dəstəklədiyi Yunanıstan, Misirlə də qanunsuz müqavilə imzalayaraq Türkiyəni bölgədən sıxışdırmaq istəyir. Şərqi Aralıq dənizinə hərbi donama yeridən Türkiyə isə bölgəyə yunan və fransız gəmilərinin daxil olmasına izn vermir.
