Türkiyə Şimali Kipr Türk Respublikası ilə 5 günlük hərbi təlimlər keçirəcək.
Eurasia Diary Daily Sabah-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi şənbə günü məlumat yayıb.
6-10 Sentyabr tarixində olacaq təlimlər «Şəhid Kapitan Çingiz Tope Aralıq Tüfanı 2020» adı altında keçiriləcək.
«Hər il planlaşdırılan bu təlimlərin əsas məqsədi Şimali Kipr Türk Republikasının Təhlükəsizlik Komandanlığı ilə Kipr Türk Sülh Qüvvələri Komandanlığı arasında ikitərəfli təlim, əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsidir», deyə nazirlik bəyan edib.
Təlimlərdə hava, quru və dəniz qüvvələrinin iştirakı planlaşdırılır.
Bu xəbəri paylaşın: