Malayziya Ermənistanı Azərbaycan torpaqlarının işğalı ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırır

Malayziya, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman Azərbaycana dəstək nümayiş etdirir və çoxtərəfli forumlarda Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı vasitəsilə Azərbaycana hərtərəfli dəstəkləyir və həmrəyliyini göstərir.

Bu barədə Malayziyanın Azərbaycandakı səfiri Dato ‘Yubazlan Yusof bildirib. “Malayziya Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını və Ermənistanın güc tətbiq etməsinin yolverilməzliyini bir daha təsdiqləyir”, deyə səfir əlavə edib. 

Səfir bu yaxınlarda Azərbaycanla sərhəd bölgədə baş verən erməni təxribatına toxunub. O, Azərbaycanın mülki əhalisinin də daxil olduğu insan tələfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verib.

Bu xəbəri paylaşın: