Paşinyanın reytinqi 17 faizə düşüb

ABŞ-ın Ermənistandakı səfirliyi və müxalifət partiyalarından biri ölkədəki vəziyyəti öyrənmək və baş nazir Nikol Paşinyanın reytinqini müəyyənləşdirmək üçün rəy sorğusu keçirib.

“Report” xəbər verir ki, sorğu daxili istifadə üçün nəzərdə tutulub və nəticələri ictimaiyyətə açıqlanmayıb.

Buna baxmayaraq, “Past” qəzeti bəzi məlumatları əldə edə bilib. Rəy sorğusunun nəticələrinə əsasən, Ermənistan baş naziri Nikol Paşinyanın və bütövlükdə hökumətin reytinqi sürətlə azalır. Belə ki, N.Paşinyanın reytiniqi tarixi antirekord vurub. Respondentlərin yalnız 17,2 %-i baş naziri dəstəkləyib.

Bu xəbəri paylaşın: