Ruslar erməni desantına təlim keçir: posta hücum edib əsir götürmək… — Alagöz yaylaqlarında

Ermənistandakı 102-ci Rusiya hərbi bazasının kəşfiyyat bölmələrinin hərbçiləri erməni hərbçiləri ilə birlikdə ikitərəfli batalyon taktiki təlimlər zamanı şərti düşmənin arxasına keçib əsir götürməyi sınaqdan keçirir. Virtualaz.org xəbər verir ki, bu haqda Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti bildirir.

“Kəşfiyyatçılar və xüsusi təyinatlılar Mi-8MTB vertolyotundan “Alagöz” poliqonuna hücuma desant atılıb. Tam təchizatla kilometrlərlə yürüş edəndən sonra kəşfiyyatın aparıldığı rayonda hərbçilər şərti düşmənin yerini müəyyən ediblər. Obyektlərin və hərbi texnikanın koordinatlarını ötürüblər, rabitə vasitələrini sıradan çıxarıblar və komanda məntəqəsinə hücum edərək vaci sənədləri, əsirləri götürüblər”,-məlumatda deyilir.

Qeyd olunur ki, evakuasiya rayonuna çıxarkən bölmələr şərti düşmənin hücumunu dəf ediblər, yaralıların döyüş meydanından çıxarılmasını həyata keçiriblər. Təlimlər zamanı Rusiya hərbi bazasının hava hücumundan müdafiə, radioelektron mübarizə və pilotsuz uçan aparatlar bölmələri şərti düşmənin kəşfiyyat və zərbə dronlarının məhvini də məşq edib.

“Radioelektron mübarizə mütəxəssisləri “Alagöz” poliqonunda radiomaneə yaradıblar, kəşfiyyat informasiyalarını toplayıb analiz ediblər, şərti düşmənin rabitə sisteminin işini pozublar, müxtəlif yüksəkliklərdə uçan pilotsuz aparatların müəyyən edilərək məlumatların hava hücumundan müdafiə bölmələrinə ötürülməsini təmin ediblər”,-məlumatda bildirilir.

Təlimlərdə 1500-dən çox hərbçi və 300 vahiddən çox texnika, o cümlədən vertolyotlar iştirak edib.(Panoram.az)

Bu xəbəri paylaşın: