1991-ci ildə 16 yaşında olarkən valideyinlərinin icazəsi olmadan Qarabağ cəbhəsinə gedən Sevil Abbasova Ağdam cəbhəsində tank sürücü-mexaniki olur.
Ballıqayada döyüş zamanı idarə etdiyi T-72 tankının komandiri ermənilər tərəfindən snayperlə vurulduqdan sonra Sevil xanım tankı tək idarə edərək erməni mühasirəsində qalan döyüşçülərimizə köməyə gedərək düşməni məhv edir.
Həmin döyüşdə Sevil xanımın tankı minaya düşür və Sevil xanım yanıq xəsarəti alır. Sarıcalı qospitalında müalicə aldıqdan sonra üzü yanıqlı, bədəni yaralı ola-ola yenidən döyüşə qayıdaraq kəşfiyyat bölüyündə xidmətə başlayır.
Qazançı ətrafında gedən döyüşlərdə erməni tərəfdə qalan əsgərlərimizi xilas etmək üçün köməyə gedərkən, ikinci dəfə minaya düşərək yaralanır. Yenə tam sağalmamış, üçuncü dəfə döyüşə qayıdır.

Bu dəfə də Şahbulaq istiqamətində gedən döyüşlərədə ermənilərə divan tutan Sevil xanımı ermənilər snayperlə vurur.
«Sarışın» ləqəbli bu qəhrəman xanımı Milli Məclisə dəvət edirlər. Mili Məclisdə məsləhət olunur ki, Sevil xanım «Naxçıvaniski» hərbi məktəbinə hərbi təhsil almağa göndərilsin. Sevil xanım «Naxçıvaniski» adsına hərbi məktəbdə hərbi təhsilini bitirdikdən sonra Türkiyə-Ankaraya hərbi təhsil almağa göndərilir.
Amma, səhətində yaranmış problemlərə görə Sevil xanım Türkiyədə hərbi təhsil almaqdan imtina etməli olur.
1991-1995- ci illərdə ordu sıralarında qüsursuz xidmət edən Sevil Abbasova 2014-cü ildə avtomobil qəzasında həlak olur.
Tanrı məkanını Cənnət eləsin!
Azərbaycanın bu Qəhrəman qızının ruhu qarşısında baş əyirik…
Qafqaz Qabil