«Dum-Dum» mərmisi: Haaqa Konvensiyası tərəfindən niyə qadağan edildi

«Dum-dum» və «ölüm çiçəkləri» güllələri — bu qədər ekzotik ləqəblər, bu gün ov edərkən böyük heyvanlara qarşı istifadə olunan geniş yayılan güllələrə verilmişdi. Onların döyüş istifadəsi, 1899-cu ildə Haaqa Konvensiyası ilə məhdudlaşdırıldı. Bu güllələr dəhşətli bir sıradan çıxarma effekti və dəhşətli ölümcül yaralar açdığı üçün.

Güllə ekspansiyası nədir?

Yeni silahların meydana gəlməsi və geniş yayılması ilə bağlı yeni mərmilər ortaya çıxdı. Düz lüləli silahlarda istifadə olunan qurğuşun güllələri məhv etmə gücünü göstərdi — hədəfə dəyəndə dəhşətli öldürücü yaralara səbəb olurdu. Qundaqsız tüfənglərdə istifadə olunan qurğuşun güllələri aşındırıldı, deformasiya edildi və qorxunc ballistik xüsusiyyətlərə sahib oldu.

Bu vəziyyəti düzəltmək üçün, qurğuşun nüvəsi mis örtüklə örtülmüş yeni dizaynlı güllələrdən istifadə etmək qərara alındı. Lakin yaxşı nüfuzetmə gücünə malik bu cür silah-sursat zəif məhv etmə effektinə malik idi. İngilis müstəmləkə qüvvələri 1895-ci ildə Şimali Pakistandakı hərbi kampaniya zamanı bir problemlə qarşılaşdılar. Kapitan Neville Bertie-Clayın xatirələrinə görə, hindlilər hətta yaralar alaraq döyüşməyə davam edirdilər. Daha sonra Dum Dum adlanan Kəlküttə şəhərinin kənarında, cəbhədə kiçik bir boşluq olan ərazidə bir yeni sursat hazırladılar. Yumşaq toxumaya dəydikdə, belə güllələr deformasiya olunur və çiçək kimi açılaraq, düşmənə dəhşətli şəkildə dağılmış yaralar vurur və sümükləri qırırdı.

Nə vaxt və nə üçün qadağan edildi?

1899-1902-ci illər ingilis-bur müharibəsi zamanı kütləvi şəkildə bu güllələrdən istifadə edilmişdir. Onlar bu güllələrin inanılmaz səmərəliliyi gördülər. Adolf Şil, «Günəşin iyirmi üç ili və Cənubi Afrikanın fırtınaları arasında» avtobioqrafik əsərində xatırlatdığı kimi: «Kiçik bir giriş ilə mərmi dəhşətli daxili yaralara səbəb oldu və bir əzaya dəyəndə sümükləri qırdı və əzdi.» Beləliklə, əksər hallarda bədənə daxil olmaq ölümlə, qol və ya ayaqlarda isə amputasiya ilə başa çatdı.

Müharibənin gedişatını işıqlandıran nəşrlər, əzablı güllə yaralarının dəhşətli nəticələrini əks etdirən fotoşəkillərlə dolu idi. Dünya birliyi şoka düşdü. Hətta Britaniya hökumətinin nümayəndələri şüşədən hansı cini azad etdiklərini başa düşdülər.

Artıq 1899-cu ildə dünyanın 15 aparıcı dövləti, ilk növbədə, bu cür döyüş sursatlarının istehsalına və istifadəsinə qadağa qoyan Birinci Haaqa Konvensiyasını imzaladılar.

Yaroslav Qorbunov

Tərcümə Fedai.az-a məxsusdur

P.S. Bir türk mahnısında «Dum-dum» gülləsi dəydi-deyilir…

Bu xəbəri paylaşın:
  • 2
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •