Salyanlı veteranlar Türk şəhid məzarlarını ziyarət etdilər

Görkəmli türk sərkərdəsi Nuru paşanın komandanlığı ilə Bakının erməni-bolşevik işğalından azad edildiyi şərəfli tarixi günlərdən 102 il ötür.

Qafqaz İslam ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin yeni yaranmaqda olan milli ordusu ilə birlikdə Qarabağda, eləcə də digər bölgələrdə apardığı xilaskarlıq missiyasında itkilər də olub. Azərbaycan xalqı vətənimizə gələn şanlı türk əsgərlərinin qardaşlıq köməyini, döyüşlərdə qəhrəmancasına həlak olan əsgər və zabitlərin xatirəsini heç vaxt unutmur, daim əziz tuturlar. Belə bölgələrimizdən biri də Salyan rayonudur.

AVMVİB Salyan rayon şöbəsinin sədri və üzvləri Veteranlara aid qrupda Türk şəhidlərinin məzarlarının yad edilmələri barədə məlumat veriblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •