Erməni bayraqlı təhsilimiz: 1-ci sinfin riyaziyyat kitabında erməni bayrağı var? – VİDEO

Azərbaycanda 1-ci sinif riyaziyyat kitabında Ermənistan bayrağının görüntülərinin əks olunduğu iddia olunub.

Fedai.az redaktor.az-a istinadən xəbər verir ki, bu iddia ilə tanınmış bloqer Bahadur Seyidov çıxış edib.

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, nazirliyin Mətbuat katibi Cəsarət Valehov zənglərimizə cavab vermədi.

Sözügedən görüntüləri təqdim edirik:

P.S. Bu məsələ dəfələrlə gündəmə gəlib və nəşriyyat sahibləri rənglərin kolorit fərqini irəli sürüblər. Lakin ortada bu rənglərin düzülüş qaydasından isə həmişə yayınıblar. Bu işə məsul və cavabdeh olan şəxslərin cəzalandırılmaması, eyni xətanı ilbəil təkrarlamağa şərait yaradır. Belə çıxır ki, kimlərsə bu işin sifarişçisidir və yuxarılarda oturub…

Ən azı bu dərsliyi nəşriyyat sahibini üstünə qaytarın, ya da təpəsinə vurun.

Bu xəbəri paylaşın: