Ərdoğan Makronu yerdən yerə vurdu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü tədbirdə çıxışı zamanı deyib: «Onun adını çəkmək istəmirəm, amma məcburam, çünki şəxsimə üz tutub».

Türkiyə prezidenti fransalı həmkarı Emmanuel Makrona xitabən sözlərinə belə davam edib: «Cənab Makron, sənin şəxsən mənimlə hələ çox sıxıntın olacaq. Dəfələrlə bunu sənə söyləmişəm, amma qulaq asmırsan… Tarixdən bilgin yoxdur, türk millətiylə məşğul olma. Afrikanın tarixi Türkiyənin tarixidir.

Əlcəzirdə, Ruandada minlərlə insanı öldürən sizlərsiz. Bizə insanlıq dərsi keçə bilməzsiz».

Qeyd edək ki, Şərqi Aralıq dənizində yaranmış gərginlikdə Fransa Türkiyəyə qarşı xüsusi canfəşanlıq göstərir.

Bu yaxınlarda Fransa Prezidenti Emmanuel Makron açıqlama verərək Türkiyə xalqıyla heç bir probleminin olmadığını söyləmiş, «problemimiz Ərdoğandır» deyə əlavə eləmişdi.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 3
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •