Qondarma respublika parlamentini Şuşaya köçürür

Bu bina Şuşa şəhərində tikilib. Tezliklə qondarma Qarabağ parlamenti Xankəndindən bu binaya, yəni Suşaya köçürüləcək.


Xatırladaq ki, qondarma and içmə mərasimdən sonra Araik Arutunyan qondarma respublikanın “parlamentini» Şuşaya köçürmək planlarını açıqlamışdı.


“Ümid edirəm ki, “parlamentin” növbəti iclası Şuşada keçiriləcək. Bizim belə bir istəyimiz var və bu istiqamətdə tezliklə addımlar atılsın”-deyə Arutunyan demişdi.


O, Qarabağın tarixi mərkəzi kimi Şuşanın dirçəldilməsinə və əhalisinin artırılmasına çalışacaqlarını, bunun üçün Şuşada tikinti-bərpa işləri aparılacaq, yeni evlər inşa olunacağını bildirmişdi.

İsmayıl Tanrıverdi

BDU-TARİX fakültəsi. Erməni Araşdırmaları elmi-tədqiqat və Tədris Mərkəzinin Böyük Elmi İşçisi.

Bu xəbəri paylaşın: