Biz heç vaxt ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Azərbaycan Vətən Müharibəsi Vətən İctimai Birliyi (AVMVİB) üzvləri olan döyüşçü veteranlar Azərbaycan Respublikası Prezidentinin yerli televiziyalarda verdiyi açıqlamaları ruh yüksəkliyi ilə qarşılayıblar.


Açıqlamalara münasibət bildirən AVMVİB sədri Füzuli Rzaquliyev bildirdi ki, Paşinyan və onun Sorosun cocuqları adlanan komandası danışıqlar prosesinin pozulması üçün hər şey edir. Əslində bu yaxşı bir tendensiyadır. Ali Baş Komandan cənab İlham Əliyev son açıqlamaları ilə bir çox məqamlara aydınlıq gətirdi və düşmənə veriləcək bir qarış torpağımızın olmaması bir daha bəyan edilib. İ. Əliyev bildirdi ki, «Ermənistanda yeni müharibəyə hazırlaşırlar. Təmas xəttinə yaxın onların qüvvələrinin konsentrasiyası baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə də özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq».


Füzuli Rzaquliyev bildirdi ki, 67 minlik veteranlar ordusunu öz ətrafında birləşdirən bir təşkilat kimi hər an prezidentin yanındayıq, istər daxildəki 5-ci kolona, istərsə də xaricdəki havadarlarına qarşı mübarizədə öndə olmağa hazırıq. Çünki bu düşməni və daxili təxribatçıları bizlər daha yaxşı tanıyırıq. Ali Baş Komandanın yürütdüyü daxili və xarici siyasət kursuna qarşı çıxanlar öz qarşılarında biz veteranları görəcəklər. Biz bunu dəfələrlə bəyan etmişik və «Hər şey Qarabağ üçün!» devizimiz olaraq qalır. Dəfələrlə xatırlatmışam və bir daha təkrar edirəm ki, cənab İlham Əliyev Ali Baş Komandan kimi 1 sm torpaq itkisi verməyən komandandır və inanırıq ki, Qarabağı son nöqtəsinədək düşməndən azad edərək tarixə öz imzasını da atacaq.


Prezident bəyan etdi ki, Ermənistan torpaqlarımızı işğal edib, ərazilərimizi məskunlaşdırırsa və beynəlxalq birliyin sərt təpkisi və sanksiyaları ilə üzləşmirsə, beynəlxalq hüquqa hörmət yalnız bizə qalmayıb ki. Əgər növbəti təxribat olarsa, hərbi əməliyyatlar təkcə bizim ərazidə aparılmayacaq. Bu fikirlər bir daha göstərir ki, düşmən qətiyyətli mövqe qarşısında geniş miqyaslı təxribatlara hazırlaşır. Ona görə də hər kəs öz fəaliyyətində maksimum ehtiyyatlı davranmalı və düşmənə əlavə dvidendlər verməməlidir. Müdafiə naziri Zakir Həsənovun ehtiyatda olan xüsusi ixtisaslı hərbçilərin Orduya çağırılması barədə əmri də bu qənaəti möhkəmləndirir. Biz Vətənimizin azadlığı uğrunda mübarizəyə hazır olmalıyıq. Düşmən dəyirmanına su daşıyan təxribatçıların təxribatçı çağrışlarına uymamalıyıq.


AVMVİB sədri F. Rzaquliyev dedi: «Ali Baş Komandan cənab İlham Əliyev öz müsahibəsində dedi: “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. 1990-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində biz müvəqqəti olaraq Dağlıq Qarabağı itirdik”.

Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Bütün dağıdılmış tarixi abidələri, dağıdılmış evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Bu gün mövcud olan Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bu barədə kifayət qədər tarixi sənədlər var. Biz heç vaxt ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.


Bu fikirlər hər birimizin fəaliyyət proqramına çevrilməlidir. «Biz birlikdə güclüyük!» və ğz gücümüzü tezliklə düşmənə göstərməliyik. Fərqi yoxdur düşmən, istər Rusiya olsun, istərsə də Ermənistan. Söhbət Qarabağdırsa, o Rusiyanı Qafqazda kömərik. Xocalıdakı əli yalın bir xalqın qisas hədəfi elə rus-erməni faşizmi olduğunu içimizdəki rus agenturası unutmasın. Onlar satqın və xain olduqları üçün unuda bilərlər, amma döyüşçülər bunu heç unutmayıblar. İşğalçı Ermənistan bu günə qədər özünü tam cəzasızlıq şəraitində hiss edib və ölkəmizə qarşı təxribat törətməyə davam edib. Bu baxımdan artıq mənasız danışıqlar prosesini uzatmaq lazım deyil. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın çox güclü ordusu var və biz ordumuzla düşmənə istənilən an hücum edə, torpaqlarımızda antiterror əməliyyatları həyata keçirə bilərik. Artıq dövr dəyişib, bizim də səbrimiz tükənib…


AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın:
  • 55
  •  
  •  
  • 5
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •