Erməni-rus-fars terror marşurutları Qarabağda kəsişir

Hələ bir neçə ay əvvəl erməni KİV-lərində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində terrorçu PKK-nın 12 düşərgəsinin olduğu və orada 1750 terrorçunun təlim keçdiyi barədə məlumat yayılmışdı.


Ümumiyyətlə, PKK-çıların Ermənistana keçməsi, yaxud ora toplaşması təsadüfi deyil. Çünki onlar Türkiyə və Azərbaycanın düşmənləridir və öz çirkin niyyətlərini həyata keçirmək üçün isə ən əlverişli ərazi kimi Ermənistanı görürlər. Bundan əlavə, Ermənistan PKK-nı terrorçu qruplaşma olaraq tanımır. Deməli, Rusiya tərəfindən himayə edilən PKK Türkiyə ilə yanaşı perspektivdə Azərbaycan və İrana qarşı istifadə edilmək üçün Kremlin əlində vasitə ola bilər. İş o yerə çatıb ki, Rusiyada terrorçu PKK qruplaşmasının Suriyadakı YPJ (PYD) adlı qolunun nümayəndəliyi də açılıb.


Türkiyədə müxtəlif adlar altında fəaliyyət göstərən “siyasilər” türk millətinə qarşı ermənilərlə də eyni mövqedən çıxış edirlər. Onlar ermənilərin qondarma soyqırımı iddialarını qəbul edirlər. Türkiyə vətəndaşı olan üzdə siyasətçi, əslində isə PKK-çılar heç vaxt Xocalı soyqırımına münasibət bildirməyiblər. Terrorçu PKK qruplaşması Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında da iştirak edib.


Xatırladaq ki, bu terrorçu qruplaşma Türkiyədə minlərlə qadın, uşaq və qocanı amansızcasına qətlə yetirib. PKK ilk silahlı aksiyaya 1984-cü ildə Türkiyənin şərq və cənub-şərq bölgələrində başlayıb.


Bu günlərdə PKK-YPJ (PJD) terrorçularının Qarabağa axını intensivləşib. Əldə etdiyimiz ilginc məlumatlara görə, Suriya və İraq bölgəsindən keçməklə İranın Mahabad şəhərində təkrar təlimləndirilən terrorçu PKK-YPJ erməni-kürd dəstələri İran ərazisini keçməklə Qarabağa ötürülür. İranın İslm adına növbəti xəyanəti terrorçu dəstələrlə iş birliyində olmasıdır. ASALA-PKK-İran bölgədəki terrorizm aktlarında dəfələrlə eyni mövqedə olduqları deyilib və yazılıb.

Rusiya da ehtiyyat qüvvələrin hərbi çağırışına başladığı məlumatı öz təsdiqini tapıb.

Əldə etdiyimiz fotoları təqdim edirik.

Əli Nəsib Zərdabi

AVMVİB Mətbuat Xidməti

FOTOLARDA MAHABAD VƏ QARABAĞDA KEÇİRİLƏN TƏLİMLƏR ƏKS OLUNUB

Bu xəbəri paylaşın: