Erməni Kalantarın nəvəsi Lavrov, yenə 5-3 rayon söhbəti eləyib

“Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.

Fedai.az xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşündə deyib.

O, yüksək səviyyəli dövlət məmurlarının o cümlədən, Azərbaycanın yeni xarici işlər nazirinin Rusiyaya bu cür səfərləri tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmaq baxımından çox önəmli olduğunu bildirib.

S. Lavrovun bu sərsəm açıqlamasından görünən odur ki, bu adam hələ də özünü erməni kilsəsinin yetişdirdiyi yetim uşaq kimi aparıır. Rusiya öz farpostuna çəkilməyə borcludur. Azərbaycan xalqının erməni nağıllarına qarnı toxdur və Lavrov, yaxşı olardı ki, o 5 rayonu Krasnodarda hazırlayıb qohumlarını oraya yığsın…

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •