Cənab Prezident, Sizi aldadırlar: ƏƏSM nazirlərinin sosial siyasət pərdəsi arxasında «əlillik ticarəti»

Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi ilə 2013-cü ildən çəkişən biri kimi bu nazirlikdə baş verən neqativləri yaxından izləyirəm. Bircə faktı xatırladım ki, Əli Nağıyevdən sonrakı dövrlərdə bu nazirlik öz missiyasının nədən ibarət olduğunu unudub. 2013-cü ildən inşaat qrupu yaradaraq protezləşdirmə və ortepediya mərkəzindəki stasionar korpusda təmir işləri gördük.

Bizə çatmalı olan 74 min manat əmək haqqının çəkişməklə bir hissəsini Füzuli Ələkbərovdan, daha sonra bir hissəsini öz aralarında al-ver etmiş nazir Səlim Müslümovdan aldıq və bu günədək 38 min manat pulumuz indiki nazir Sahil Babayevdə qalmaqdadır. İlk gəlişində bu vəsaitin ödənilməsinə köək edəcəyini söz versə də öz aralarında «hesablaşdılar». Bu barədə geniş açıqlamalar verəcəyik.

Ölkə rəhbəri köhnə naziri yol verdiyi korrupsiya əməllərinə görə işdən azad edib daha gənc Sahil Babayevi nazir təyin etdi. Lakin elə ilk gündən müraciətlərə baxılma arxa plana atıldı. Məşğulluqla, əlillərin mənzil təminatı, qəbulların keçirilməməsi və əlilliklərin verilməsindəki neqativlərlə köhnə nazirin atasına rəhmət oxutmağa nail olub. Son günlər isə qanunsuz olaraq əlilliklərin ləğvi ilə bağlı hər gün onlarla müraciətlər almaqdayıq.

Ən son müraciət edən müharibə əlilinin başında ilişib qalan mərmi bunların apardığı sosial siyasətin müəllifinin kimliyini şübhə altına almağa əsas verir.Xatırladaq ki, bir vaxtlar prezidenti aldatmaq yolu tutan sabiq nazir S. Müslümov təqaüddən qənaətdən dəm vururdu. Təqaüddə olan zabitlərin təqaüdünü azaltmaqla qənaət etdiyini iddia etmişdi və biz o vaxt da bildirdik ki, bu addımla nazir prezidenti aldadır. Təqaüddən necə qənaət etmək olar?-sualını izah etmişdik.

Bu gün də eyni proseslər gedir. Əlillərə əlilliyin verilməsini əngəlləmək və qanuni şəkildə əlillik əldə etmiş şəxslərin əlilliyinin ləğv edilməsi növbəti qanunsuzluqdur. Əgər saxta əlillik verilibsə, niyə bu cinayətdə iştirakçı olmuş məmurlar bu günədək tapılıb cəzalandırılmayıb? Çünki “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARINDA deylir:

«3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası3.1. Əlillik səbəbi Xidmət tərəfindən aşağıdakı hallarda dəyişdirilir:

3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda;

3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda.

3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə təqdim olunur. Xidmət daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir.

3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur.

3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Xidmət tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.

3.6. Xidmətin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır.

3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

3.8. Xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.»

Ləğv edilmiş müharibə əlillərinin dərəcələri ilə bağlı qanunsuzluqlar barədə konkret faktları diqqətinizə çatdıracağıq. Sadəcə soruşmaq istəyirik: «Siz kimə işləyirsiniz, cənab Nazir?»

X. Ədəboğlu

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •