Nəsimi rayon veteranları əsgərlərimizə baş çəkiblər

AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynovun verdiyi məlumata görə rayon veteranları «N» saylı hərbi hissədə xidmət edən əsgərlərimizə baş çəkiblər.

Müharibə veteranları əsgərlərimizin xidmət şəaiti ilə tanış olublar. Əsgərlərimizə ayrılan diqqət və qayğı, hərbçilərimizin torpaqlarımızın azad edilməsinə hazır olduqlarını qeyd ediblər. Ordumuzda ruh yüksəkliyinin olması qələbənin birinci şərtidir.

Nəsimi rayon müharibə veteranları Şanlı Ordumuzu ziyarətdən məmnun olduqlarını bildirirlər.

Eşq olsun Azərbaycan əsgərinə! Hədəfimiz Qarabağdır!

Elnur Səlim

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •