Erməni prezident Çinə yaltaqlanır

Bu YALTAQ TÜLKÜ — Ermənistanın səlahiyyətsiz prezidenti Armen Sərkisyan Ermənistandakı Çin səfirliyinə üz tutub.

İndi də onlardan yardım istəyir. İyul döyüşlərində Gümrüdəki 102- ci Rus hərbi bazasına getdiyini şərh edərkən, demişdim ki, «Deyəsən torbada pişik VAR.»

Bir neçə gündən sonra mən dediyim düz çıxdı və «AĞVES» Sərkisyan ruslardan istədikləri yardımı almağa nail oldu. İndi də TÜRKİYƏ — ÇİN münasibətlərində olan gərginlikdən istifadə edərək cinlilərin yardımına ehtiyac duyduqları üçün Çin səfirinə yalvarmağa gedib. Buna görə də ayıq-sayıq olmalıyıq.

Bu tülkünü hələ İngiltərədə çalışdığı dövrdə əksər ölkələrin yüksək vəzifəliləri ilə yaxın dostluq münasibətlərinə görə Ermənistana gətirib, səlahiyyəti olmayan prezident vəzifəsinə qoydular.

İndi isə heç yerdə hörməti olmayan Paşinyan ondan belə işlərdə «MAŞA» kimi istifadə edir.


İSMAYIL TANRIVERDİ

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •